Avstraliya Federal Parlamentində 20 nəfərdən ibarət Avstraliya - Azərbaycan Parlament Qrupu yaradılıb. Avstraliya Federal Parlamentində 20 nəfərdən ibarət Avstraliya - Azərbaycan Parlament Qrupu yaradılıb.

Avstraliya parlamentində Azərbaycanla bağlı önəmli addım

Avstraliya Federal Parlamentində 20 nəfərdən ibarət Avstraliya - Azərbaycan Parlament Qrupu yaradılıb.


AzNews.az xəbər verir ki, hakimiyyətdəki Koalisiyaya daxil olan Liberal partiyadan Lyuk Simpkins qrupun sədri, müxalifətdəki Leyborist partiyasından Alan Qriffin sədr müavini seçilib.

Parlament qrupuna Avstraliya Leyborist partiyasının nüfuzlu üzvlərindən Entoni Albanez, Lauri Ferqyuson, Maykl Denbi, Kler Mur, Uorren Snoudon, Mariya Vamvakinu, hakim koalisiyaya daxil olan Milli Partiyanın üzvü Con Kobb və digərləri daxildirlər.

L.Simpkins, A.Qriffin və C.Kobb bu yaxınlarda Azərbaycana səfər edərək Milli Məclis, Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Dillər Universiteti və "ADA" Universitetində görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Avstraliya - Azərbaycan Parlament Qrupunun yaradılması iki ölkə parlamentləri arasında əməkdaşlığın və ümumilikdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır.

Azərbaycan Respublikası Milli Məclisində yaradılan Azərbaycan – Avstraliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili kimi Avstraliya - Azərbaycan Parlament Qrupu iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək.

Elnur Eltürk