Xəbər verdiyimiz kimi, türkiyəli pianoçu Fazıl Say Azərbaycanın xalq musiqisi “Sarı gəlin”lə bağlı qalmaqallı şərhlər verib. Xəbər verdiyimiz kimi, türkiyəli pianoçu Fazıl Say Azərbaycanın xalq musiqisi “Sarı gəlin”lə bağlı qalmaqallı şərhlər verib.

Azərbaycanlı bəstəkarlardan türkiyəli pianoçuya etiraz - “Sarı gəlin”ə görə

Xəbər verdiyimiz kimi, türkiyəli pianoçu Fazıl Say Azərbaycanın xalq musiqisi “Sarı gəlin”lə bağlı qalmaqallı şərhlər verib.


O, mahnının hansı xalqa məxsus olması ilə bağlı illərdir gedən mübahisələrdən gileylənərək bu ifadələri işlədib: "Türk mahnısıdır? Erməni mahnısıdır? İran mahnısıdır? Azəri mahnısıdır? Nəsillərdən nəsillərə, dillərdən dillərə gələn bu musiqi anonimdir. Hansı əsrdən gəldiyi məlum deyil. Anonim musiqi su kimidir, qoyun başqaları da o sudan içsin. Əsas odur ki, musiqi gözəl olsun, nə dinlədiyimiz vacib deyil".

Pianoçunun bu fikirləri isə azərbaycanlı bəstəkarların qəzəbinə səbəb olub.


Bəstəkar Faiq Sücəddinov anonim mahnının belə hansısa xalqa məxsus olduğunu bildirib: "Fazıl Say Bethovendən nəsə ifa edəndə niyə müəllifini qeyd edir? Ona qalsa, o musiqilər də illər əvvəl yazılıb. Desin ki, anonimdir.

"Sarı gəlin" də Azərbaycan xalq musiqisinə aiddir. Qoy heç kəs bizim mahnıların digər xalqa məxsus olduğunu deməsin.

Fazıl Say mənim üçün nə zirvədir, nə də "avtoritet"dir. O, sadəcə demokratik adam kimi görünmək istəyir, amma mən demokratik olmaq istəmirəm. Bu, mənim xalq musiqimdir, adı da "Sarı gəlin"dir".


Bəstəkar Gövhər Həsənzadə isə "Sarı gəlin"lə bağlı gedən müzakirələrin mənasız olduğunu deyib və vurğulayıb ki, bu musiqinin Azərbaycana məxsusluğunu sübut edən çoxlu faktlar var: "Xalq mahnıları anonim olsa da konkret olaraq hansısa bir xalqa məxsusdur. Çünki hər bir millətin ladına, ifaçılıq tərzinə, dinamikasına, texnikasına uyğun bir folkloru var. "Folklor üzərində qurulan musiqilərin, eləcə də başqa yaradıcılıq nümunələrin kimə məxsus olmasının fərqi yoxdur" fikri kökündən yalnışdır.

Hər xalqın musiqisinin ona malik olmasını təsdiqləyən rəsmi, qanuni və elmi tərəfləri var. Bunu da musiqinin hansı ladda yazılması, hansı üslubda ifa olunması müəyyənləşdirir".

Nigar Etibar