“ABŞ və Kuba çərşənbə günü hər iki ölkənin paytaxtlarında səfirliklərin açılması barədə bəyanat verməlidir. Bu, keçən əsrin ortalarında diplomatik münasibətlərin kəsilməsindən sonra iki ölkə arasında əlaqələrin bərpasına yönəlmiş ən mühüm addımdır”. “ABŞ və Kuba çərşənbə günü hər iki ölkənin paytaxtlarında səfirliklərin açılması barədə bəyanat verməlidir. Bu, keçən əsrin ortalarında diplomatik münasibətlərin kəsilməsindən sonra iki ölkə arasında əlaqələrin bərpasına yönəlmiş ən mühüm addımdır”.

Obama Kuba ilə bağlı bəyanat verəcək – Səfirliklər açılır

“ABŞ və Kuba çərşənbə günü hər iki ölkənin paytaxtlarında səfirliklərin açılması barədə bəyanat verməlidir. Bu, keçən əsrin ortalarında diplomatik münasibətlərin kəsilməsindən sonra iki ölkə arasında əlaqələrin bərpasına yönəlmiş ən mühüm addımdır”.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yüksək rütbəli Amerika rəsmisinə istinadən yayıb.

Məlumata görə, bu münasibətlər ABŞ tərəfindən Kommunist adası ilə bütün əlaqələrin kəsilməsi və ticarət embarqosu qoyulmasi nəticəsində dondurulub.

Lakin 2014-cü ilin axırında ABŞ və Kuba, münasibətləri normallaşdırmaq barədə razılıq əldə edib və iki ölkə liderləri bu ilin aprel ayında tarixi danışıqlar aparıb.

1977-ci ildən ABŞ və Kuba İsveçrənin hər iki ölkənin paytaxtlarındakı diplomatik missiyaları çərçivəsində fəaliyyət göstərən "maraqlar şöbəsi" vasitəsilə əlaqədə olub. Lakin bu şöbələr tam hüquqlu səfirlik statusuna malik deyil.

Amerika rəsmiləri bildiriblər ki, prezident Obama cərşənbə günü Bakı vaxtilə saat 20:00-də bu barədə Ağ Evdə rəsmi bəyanatla çıxış edəcək.

"Bu mərhələdə səfirliklərin hansı tarixdə açılacağı hələ ki aydın deyil, lakin bu, yəqin ki iyul ayının ortalarında baş verəcək", - deyə BBC-nin Kuba müxbiri Will Grant deyib.
O əlavə edib ki, səfirliyin açılması üçün Amerika Dövlət Departamenti bundan iki həftə əvvəl ABŞ Konqresini məlumatlandırmalıdı.

Bu ilin may ayında ABŞ hökuməti Kubanı terrorizmə dəstək verən dövlətlər siyahısından çıxarıb.
İki ölkə arasında hava və bərə vasitəsilə nəqliyyatın bərpası barədə planlar da elan olunub. Lakin Amerika vətəndaşları üçün Kubaya səfər etmək qadağası hələ də qüvvədədir.
1962-ci ildən bəri davam edən silah satışı embarqosu Kubaya hələ ki şamil olunur, lakin prezident Obama Konqresi onu ləğv etməyə çağırıb.

ABŞ Kuba ilə diplomatik münasibətləri 1959-cu ildə Fidel Kastro və onun qardaşı Raul Kastronun başçılıq etdiyi inqilab nəticəsində ABŞ tərəfindən dəstəklənən prezident Fulgencio Batistanın devrilməsindən sonra kəsib. O vaxt Kastro qardaşları Sovet İttifaqı ilə sıx əlaqələr yaradıb və sosialist dövləti qurub.

2014-cü ilin dekabrında isə prezident Obama və Kubanın indiki prezidenti Raul Kastro sürpriz bəyanatla çıxış edərək iki ölkə arasında diplomatik münasibətləri bərpa etmək istəklərini dilə gətirib.