Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın səhiyyə naziri Aleksandr Kvitaşvilinin istefaya getməyini tələb edib. Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın səhiyyə naziri Aleksandr Kvitaşvilinin istefaya getməyini tələb edib.

Saakaşvili gürcü nazirin işdən çıxmasını tələb etdi

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın səhiyyə naziri Aleksandr Kvitaşvilinin istefaya getməyini tələb edib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Qromadske" Televiziyası yayıb.

Odessada keçirən konfransda Saakaşvili deyib ki, ölkənin səhiyyə sistemində dəyişiklik etməyin vaxtı gəlib: "Bunun üçün hazırkı nazir istefaya getməlidir".

Qeyd edək ki, Aleksandr Kvitaşvili ötən ilin dekabrında Ukrayna vətəndaşlığını alıb və prezident Petro Poroşenko tərəfindən nazir təyin edilib. O, 2008-2010-cu illərdə Gürcüstanın səhiyyə naziri vəzifəsini daşıyıb.

Kvitaşvilinin istefaya gedəcəyi haqda fikir ilk dəfə Poroşenko Blokunun başçısı Yuri Lutsenko tərəfindən səsləndirilib: "Hazırda Səhiyyə Nazirliyindən faciəvi vəziyyət yaranıb".