"Orta faiz dərəcələri artıb". 2015-ci mayın 1-nə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcələri artıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının(AMB) məlumatına görə, bahalaşma həm xarici valyuta ilə həm də, manatla olan kreditlər üzrə baş verib. "Orta faiz dərəcələri artıb". 2015-ci mayın 1-nə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcələri artıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının(AMB) məlumatına görə, bahalaşma həm xarici valyuta ilə həm də, manatla olan kreditlər üzrə baş verib.

Azərbaycanda kreditlər üzrə orta faiz dərəcələri artıb

"Orta faiz dərəcələri artıb". 2015-ci mayın 1-nə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcələri artıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının(AMB) məlumatına görə, bahalaşma həm xarici valyuta ilə həm də, manatla olan kreditlər üzrə baş verib.



Belə ki, verilən kreditlər üzrə orta faiz dərəcələri 2015-ci ilin aprelin 1-i ilə mayın 1-nə olan məlumatların müqayisəsi zamanı aydın olur ki, bir ayda manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 0,12%, xarici valyuta ilə olan kreditlər üzrə isə bahalaşma 0,1 % artıb.

Bundan əlavə qeyd edək ki, apreldə fiziki şəxslərə verilən kreditlərdə orta faiz dərəcəsi manatla 18,63%, xarici valyutada isə 21,06% olub. Hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə manatla 9,72%, xarici valyutada isə 9,28 % təşkil edib.

Çərşənbə axşamı, mayın 30-da Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucovun adından ölkəmizdə fəaliyyət göstərən bütün banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) məktub ünvanlanıb. Məktubun məzmunu hamımıza bəllidi.

Belə ki, AMB banklara və BOKT-lara istehlak kreditləri üzrə tutulan komissiya haqqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırır.

AMB-nin bu qərarı yaxın perspektivdə bahalaşmaqda olan kreditlərə necə təsir göstərə bilər?
İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, bu qərar ilk növbədə kreditlərin faiz dərəcələri artıracaq:

"Artım təxminən 5-10% təşkil edəcək. Ancaq bu təsir uzunmüddətli olmayacaq. Bir müddətdən sonra faiz dərəcələrində azalma müşahidə ediləcək. Azalmanın əvvəlki səviyyəyə düşməsini söyləmək tezdir. Çünki kredit bazarında digər amillər də nəzərə alınmalıdır"-deyə, o bildirib.

Bəzi ekspertlər isə, iqtisadçının fikirlərinin əksinə olaraq qeyd edirlər ki, AMB-nin bu qərarı real kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Belə ki, iqtisadç-ekspert Pərviz Heydərovun sözlərinə görə, bu kimi tədbirlərin kredit faizlərinə təsiri cüzi ola bilər.

"Kredit faizlərinə bu kimi tədbirlərin təsiri cüzi ola bilər. Ancaq, hər halda əhəmiyyətlidir... Etiraf etmək lazımdır ki, kredit təkliflərində komissiya haqqları müştərilər üçün bir əlavə yükə çevrilir. İmza atılaraq alınan borc vəsaiti ilə ödənilməli olan məbləğ arasında kəskin fərq yaranırdı. Hələ bununla belə, kreditə tələb yüksək idi.

Mərkəzi Bankın son addımı ilk növbədə fikrimcə, kredit alışını stimullaşdıracaq. Faizləri ucuzlaşdıracağına gəldikdə isə bu, daha çox başqa amillərdən asılıdır. Belə ki, bunun üçün bankların likvidliyi yüksək səviyyədə olmalı, kreditlər üzrə risklilik maksimum dərəcədə məhdud xarakter daşımalıdır".

Qeyd edək ki, bəzi banklar AMB-nin bu göstərişinin sadəcə göstəriş olduğunu bildirsələrdə, bəziləri isə bu qərara əməl edəklərini deyirlər.

Məlumat üçün bildirək ki, ötən gün "Moody`s" beynəlxalq reytinq agentliyi isə Azərbaycan bank sektorunun kredit reytinqini yenidən "Baa3" səviyyəsində təsdiq edib, proqnozu isə "stabil"dən "neqativ"ə salıb. Bu isə banklara gəlirlərini kompensasiya etməsi üçün əlavə güzəştlərin verilməsini labüd edir.(Oxu.az)