SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin iyun ayında 11 min 222 ton dizel yanacağı ixrac edib. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin iyun ayında 11 min 222 ton dizel yanacağı ixrac edib.

SOCAR neft məhsullarının ixracını artırıb

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin iyun ayında 11 min 222 ton dizel yanacağı ixrac edib.



AzNews.az Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-iyun ayları ərzində 491 855 ton dizel yanacağı, 103 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.

2015-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 688,92 dollar, təyyarə yanacağı - 576,85 dollar, dizel yanacağı - 561,82 dollar, 1% kükürdlü mazutun qiyməti isə 331,98 dollar təşkil edib.