Azərbaycan və Rusiya arasında sərnişin dəmiryol reyslərinin sayının azaldılmasına səbəb sərnişindaşımanın həcminin aşağı düşməsidir. Azərbaycan və Rusiya arasında sərnişin dəmiryol reyslərinin sayının azaldılmasına səbəb sərnişindaşımanın həcminin aşağı düşməsidir.

Azərbaycan və Rusiya arasında dəmiryol reyslərinin azalmasının səbəbi

Azərbaycan və Rusiya arasında sərnişin dəmiryol reyslərinin sayının azaldılmasına səbəb sərnişindaşımanın həcminin aşağı düşməsidir.



Bu barədə Trend-ə "Rusiya Dəmir Yolları" ASC-nin sədri Vladimir Yakunin deyib.
O bildirib ki, 2014-cü ildə Rusiya və Azərbaycan arasında dəmiryol sərnişindaşımaları ötən illə müqayisədə 22 faiz aşağı düşüb: "Ötən il 201 min sərnişin daşınıb. 2015-ci ildə də analoji tendensiya saxlanılıb. Cari ilin dörd ayı ərzində 2014-cü ilin analoji dövrü ilə müqayisədə Rusiya və Azərbaycan arasında dəmiryol nəqliyyatı ilə 72 faiz az sərnişin daşınıb".

V.Yakunin qeyd edib ki, MDB ölkələri ilə dəmiryol daşımalarının həcminin 2013-cü illə müqayisədə 46 faiz aşağı düşməsini nəzərə alaraq, 2014-cü il dekabr ayından Moskva-Bakı (95/96 N-li qatar), Tümen-Bakı (373/374 N-li qatar), Rostov-Bakı (391/392 N-li qatar) kimi istiqamətlər də daxil olmaqla, beynəlxalq qatarların hərəkəti məhdudlaşdırılıb: "Bununla yanaşı, 2014-cü il dekabrın 14-dən Tümen-Mahaçqala marşrutu üzrə 373/374 N-li qatar hərəkət edir. Rostov və Bakı arasında dəmiryol əlaqəsinin saxlanması üçün bu il iyunun 4-dən 4 gündə 1 dəfə 391/392 N-li qatar hərəkət etməyə başlayıb".