ANS Şirkətlər Qrupuna məxsus olan ANSPRESS xəbər portalının baş redaktoru Azad Əliyev işdən çıxarılıb. ANS Şirkətlər Qrupuna məxsus olan ANSPRESS xəbər portalının baş redaktoru Azad Əliyev işdən çıxarılıb.

ANS-də kütləvi “təmizləmə“ - Baş redaktor işdən çıxarıldı

ANS Şirkətlər Qrupuna məxsus olan ANSPRESS xəbər portalının baş redaktoru Azad Əliyev işdən çıxarılıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Azad Əliyev özü verib.
"Bu gün 6 il çalışdığım ANS PRESS-dən ayrıldım. Acılı-şirinli çox xatirələrim qaldı", - deyə baş redaktor bildirib.



Məlumatı dəqiqləşdirmək üçün ANS Televiziyası ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən mənbə baş redaktorun işdən çıxarılmasını təsdiq edib və onun yerinə Televiziyadan Nəzrin adlı jurnalistin təyin edildiyini deyib.

Onun sözlərinə görə, yaxın günlərdə ANSPRESS-dən daha bir neçə redaktorun və müxbirin də işdən çıxarılacağı gözlənilir.

Buna səbəb kimi isə televiziya rəhbəri Vahid Mustafayevin ANSPRESS-in işindən narazılığı göstərilir.

Mənbə xəbər portalına rəhbərlik edən ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədovun da Vahid Mustafayevin narazılığına etiraz əlaməti olaraq işə gəlmədiyini deyir. Hətta, bir çoxları artıq onun işdən çıxmaq haqda ərizə yazdığını da bildirir.

Mais Məmmədov isə AzNews.az-a açıqlamasında bu faktı inkar edərək vurğulayıb ki, o, ANS Televiziyasından heç vaxt ayrılmayacaq: "Bunların hamısı şayiədir və heç bir əsası yoxdur".



Ancaq mənbə bunun tam əksini deyir. Onun iddiasına görə artıq bir həftəyə yaxındır ki, Mais Məmmədov işə gəlmir və kurasiya etdiyi ANSPRESS-in iclaslarını aparmır.

Mənbə əlavə edib ki, Mais Məmmədovun təklifilə yaradılan ANSPRESS-in rus versiyasının da bağlanacağı gözlənilir. O halda isə orada çalışan 4 nəfər də öz işini itirəcək.
image description