Rusiya mətbuatı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva barədə yazı hazırlayıb. Rusiya mətbuatı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva barədə yazı hazırlayıb.

Qızlarından fərqlənməyən “first lady” - Rusiya mətbuatı Mehriban Əliyevadan yazdı

Rusiya mətbuatı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva barədə yazı hazırlayıb.


AzNews.az xəbər verir ki, "woman.ru" saytı 51 yaşlı birinci xanımı dünyanın ən dəbli və ən gözəl "First Lady"lərindən biri adlandırıb. Saytın hazırladığı yazını təqdim edirik:

"51 yaşlı Mehriban Əliyevanı heç şübhəsiz dünyanın ən dəbli və ən gözəl birinci xanımlarından adlandırmaq olar. Doğma Azərbaycanında və onun hüdudlarından kənarda Mehriban xanımı dəb ikonası hesab edirlər. Jurnalistlər və xarici nümayəndəliklərin üzvləri hətta bəzən onu qızları ilə səhv salırlar. Azərbaycan prezidenti İlham Əliyevin xanımı çox zaman dəb jurnallarını üz qabıqlarını bəzəyir.




Dəbli obrazları sayəsində Mehriban xanım dəb ikonası statusu qazanmağa layiqdir. Görünür ki, zaman bu xanım üzərində hökmranlıq edə bilməyib.

ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin xanımı ilə Bakıya səfəri zamanı ABŞ gizli xidmətinin agentləri üç tündsaçlı gözəldən – Mehriban, Leyla (29 yaş) və Arzu (28 yaş) hansının Azərbaycan prezidentinin xanımı olduğunu dərhal ayırd edə bilməyiblər.



Mehriban Əliyevanın düz qaməti, mükəmməl üslubu və görünüşünə heyran olmamaq mümkün deyil.

Mehriban Əliyeva həm də ölkənin işlərində fəal iştirak edir, bütün səfərləri və rəsmi görüşləri zamanı həyat yoldaşı prezident İlham Əliyevi müşayiət edir.






Məhz bu xanım "Bakı 2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri olub.



Birinci xanım tərəfindən toplanan rəsm əsərləri və incəsənət obyektləri paytaxtda yerləşən Müasir İncəsənət Muzeyinin əsas eksponatlarıdır.



Aydan Axundova