Beynəlxalq Bankın müşahidə şurasının iclasının vaxtı açıqlanıb. Beynəlxalq Bankın müşahidə şurasının iclasının vaxtı açıqlanıb.

Beynəlxalq Banka yeni sədr seçilir - İclas

Beynəlxalq Bankın müşahidə şurasının iclasının vaxtı açıqlanıb.

AzNews.az ans press-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlama verən maliyyə nazirinin müavini Azər Bayramov bildirib. O, bildirib ki, iclas sabah baş tutacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, sabahkı iclasda yeni sədr təyin oluna bilər. Hazırda Beynəlxalq Bankın sədri vəzifəsi boşdur. Bu vəzifədə indiyə kimi Cahangir Hacıyev çalışıb.

Hacıyev Azərbaycan Dövlət Universitetində təhsil alıb və təhsilini 1986-cı ildə başa vurub. 1993-cü ildə Austində Texas Universitetində MBA dərəvəcinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnib.

Hacıyev 1993-1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlayıb.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin Sədri vəzifəsini 2011-ci ildən icra edir. O, 18.03.2015 tarixinə kimi bu postu tutub.