Əfqanıstanın apellyasiya məhkəməsi Kabulda gənc qızın qətlində iştirakına görə ittiham olunmuş dörd nəfərə ölüm hökmünü ləğv edib. Əfqanıstanın apellyasiya məhkəməsi Kabulda gənc qızın qətlində iştirakına görə ittiham olunmuş dörd nəfərə ölüm hökmünü ləğv edib.

Gənc qızı öldürən 4 nəfərin ölüm hökmü ləğv edildi – Əfqanıstanda

Əfqanıstanın apellyasiya məhkəməsi Kabulda gənc qızın qətlində iştirakına görə ittiham olunmuş dörd nəfərə ölüm hökmünü ləğv edib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Fərxundə mart ayında İslam ibadətgahı yaxınlığında yanlışlıqla, Quranı yandırmaqda təqsirli bilinərək, izdihamın hücumuna məruz qalmışdı.

O, daş-qalaq edilərək öldürülmüş, cəsədinin üzərindən maşınla keçilmiş və sonra yandırılmışdı.

Məhkəmə həmçinin ziyarətgahın qoruqçusunu da əfv edib.

Qadın haqları fəalları qərardan qəzəbləndiklərini bildiriblər. Qərar gizli məhkəmə dinləməsinin ardından çıxarılıb.

Hadisəyə görə polis işçisi də daxil olmaqla, səkkiz nəfər azadlıqdan məhrum edilmiş və qətldə əli olduğuna görə dörd nəfərə ölüm hökmü kəsilmişdi.

Lakin apellyasiya məhkəməsi Fərxundə ilə mübahisədən sonra insanları onu öldürməyə təhrik etmiş qoruqçu Omrana bəraət qazandırıb.

Fəallardan biri Wasjima Frogh BBC-yə bildirib ki, bütün məhkəmə ədalətsizliyin nümunəsidir: "Bu onu göstərir ki, təkcə Taliban deyil, bütün Əfqanıstan sistemi qadınlara təzyiq göstərir".