Azərbaycanda keçirilən ilk Avropa Oyunları iştirakçılarının və qonaqların sərbəst hərəkətini və təhlükəsizliyini təmin etmək üçün Bakı yollarında çəkilən sarı zolağa daxil olduğuna görə cərimələnən sürücülərin yekun sayı açıqlanıb. Azərbaycanda keçirilən ilk Avropa Oyunları iştirakçılarının və qonaqların sərbəst hərəkətini və təhlükəsizliyini təmin etmək üçün Bakı yollarında çəkilən sarı zolağa daxil olduğuna görə cərimələnən sürücülərin yekun sayı açıqlanıb.

Sarı zolağa görə cərimələrin miqdarı - 75 min 760 manat

Azərbaycanda keçirilən ilk Avropa Oyunları iştirakçılarının və qonaqların sərbəst hərəkətini və təhlükəsizliyini təmin etmək üçün Bakı yollarında çəkilən sarı zolağa daxil olduğuna görə cərimələnən sürücülərin yekun sayı açıqlanıb.


AzNews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Report-a verilən məlumata görə, mayın 29-dan iyunun 30-na kimi 1894 sürücü qadağan edilən zolaqdan istifadə etdiyi üçün onlar barədə protokol tərtib olunub.

İdarədən bildirilib ki, qadağanın bitdiyi son günün birinci yarısında Avropa Oyunları zolağına daxil olan 12 sürücüyə də protokol tərtib olunub. Günün ikinci yarısından sonra 8 sürücü zolaqdan istifadə etsə də, onlara güzəşt olunub və protokol tərtib edilməyib.

Qeyd edək ki, iyulun 1-dən etibarən həmin zolaqdan yük maşınları istisna olmaqla, digər bütün minik avtomobilləri sərbəst istifadə edə bilərlər.