“Space”in efirindəki biabırçı olay günün mövzusu olaraq qalır. Kimisi müğənni Mətanət Əsədovanı “fahişə” adlandıran yazar Əziz Musaoğlunu haqlı hesab edir, kimisi isə bu ifadənin qadına deməyin qəbulolunmazlğını vurğulayır. “Space”in efirindəki biabırçı olay günün mövzusu olaraq qalır. Kimisi müğənni Mətanət Əsədovanı “fahişə” adlandıran yazar Əziz Musaoğlunu haqlı hesab edir, kimisi isə bu ifadənin qadına deməyin qəbulolunmazlğını vurğulayır.

Mətanətə “fahişə” deyən yazar barədə şok məlumatlar – Axmaqları efirə kim yığır?

“Space”in efirindəki biabırçı olay günün mövzusu olaraq qalır. Kimisi müğənni Mətanət Əsədovanı “fahişə” adlandıran yazar Əziz Musaoğlunu haqlı hesab edir, kimisi isə bu ifadənin qadına deməyin qəbulolunmazlğını vurğulayır.


Bununla bağlı birmənalı fikir olmasa da, baş verən hadisənin Azərbaycan televiziyalarının bərbad vəziyyətdə olmasını göstərməsi fikri birmənalıdır. Televiziya rəhbərlərinin tamaşaçılara hörmət etməməsi "fahişə" sözüylə tarixə yazılan "Günaydın"ın timsalında bir daha gün kimi aydın göründü. Bir daha aydın oldu ki, televiziyalar reytinq, yəni reklam – daha çox pul qazanmaq üçün harada avara, tərbiyəsiz, adicə davranış qaydalarını bilməyən küçə adamları var, onu efirə çıxarıb, təbliğ etməklə məşğuldular. Mətanətin təkcə həmin "Günaydın"dakı hərəkətləri, davranışları onun haqqında kifayət qədər məlumat verir. Digər qonaq Manaf Ağayevin özündən xeyli böyük, hər halda ziyalı kimi təqdim edilən birisinə üz tutaraq "Sənin nəslində mənim kimi kişi yoxdur" deməsi, onun da hansı yuva sahibi olmasını göstərdi. Bu iki şəxsi cəmiyyət onsuz da yaxşı tanıyır. Bəs görəsən, üçüncü qonaq, son günlərin "qəhrəmanı" Əziz Musaoğlu kimdir?



Onunla bağlı AzNews.az-a çox maraqlı faktlar daxil olub. Məlum olub ki, özünü ziyalı, yazar, şair kimi təqdim edən bu yarıyaşlı kişi, ağıldan dayaz, əxlaqdan kəm imiş. O, bir neçə il öncə Biləsuvar rayonunda, çalışdığı Cəbrayıl orta məktəbində əxlaqsız hərəkətlərinə görə işdən qovulub. İddia edilir ki, o, öz şagirdini zorlayıbmış. Bəziləri isə şagirdini deyil, məktəbin xadiməsini zorladığını bildirir.

Bu informasiyanı dəqiqləşdirmək üçün AzNews.az-ın əməkdaşı Cəbrayil Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova ilə əlaqə saxlayıb. O, Ə.Musaoğlunun 3 il bundan öncə Biləsuvar rayonunda yerləşən Cəbrayıl qaçqın məktəbində müəllim işlədiyini, sonra müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə işdən qovulduğunu təsdiqləyib: "Bəli, yayılan informasiya doğrudur. Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu məktəbdən uzaqlaşdırdı".

Lakin bir müddət sonra o yenidən müəllim kimi işləməyə başlayıb. Təhsil Şöbəsinin müdiri bildirib ki, nazirlik Ə.Musaoğlunun pedaqoji fəaliyyətini və qaçqınlığını nəzərə alaraq, Xırdalan şəhərində yerləşən Cəbrayil məktəbində işləməsinə razılıq verib: "Müəllimi dolandırıb, yaşatmaq borcumuz idi. İstəmədik ki, o, gedib nökərçilik etsin və müəllim adına xələl gətirsin".

Validə Həsənova Əziz Musaoğlunun "Space"in efirində qeyri-etik davranışından da söz açıb: "Biz Cəbrayil qadınları Əziz Musaoğlunun bu hərəkətindən çox sarsıldıq. O, özünə alim deyir. Bildiyimə görə pedaqoji elmlər namizədidir. Belə alimin Allah boynunu qırsın, ona lənət olsun. Mən bilmirəm, daha nə deyim? Azərbaycan qadınını, xüsusi ilə də sənətkarını təhqir etməzlər. Bu olayı eşidəndə şəxsən mən çox əsəbiləşdim. Qadını heç vaxt təhqir etməzlər". V.Həsənovanın fikrincə, Ə.Musaoğlu heç bir ölçüyə sığmayan hərəkət edib: "Cəbrayil qadınları adından deyirəm. O, cəbrayıllıların adına layiq olmayan bir addım atıb. Əziz isə 9 milyon xalqın qarşısında o xanımı təhqir edib. Biz onun hərəkətini pisləyirik. Mən müəllim kimi deyil, bir qadın kimi qadınların təhqir olunmasının əleyhinəyəm. Əziz Musaoğluna ayıb olsun".

Göründüyü kimi, o boyda verilişdə bir normal adam yoxdur. Televiziya tamaşaçılara yalnız bu cür axmaqları təqdim edir. Görəsən niyə?

Lalə