Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan üzrə təmsilçisi rəssam Nəvai Metinin sabah 50 yaşı tamam olur. Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan üzrə təmsilçisi rəssam Nəvai Metinin sabah 50 yaşı tamam olur.

“Uşaqlıq etdim böyüdüm” – 50 yaşlı rəssamın doğum günü təəssüratı

Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan üzrə təmsilçisi rəssam Nəvai Metinin sabah 50 yaşı tamam olur.


Rəssam 50 illik yubiley təəssüratını AzNews.az-la bölüşüb.

O, özünü elə 50 yaşdakı kimi hiss etdiyini deyib: "50 ilə dönüb baxanda peşiman olacaq işlərim yoxdur. Bir şairin yaxşı sözü var: "Uşaqlıq etdim böyüdüm". Mən də uşaqlıq edib rəsmlə məşğul oldum. Əgər təzədən uşaq olsaydım, yenə həmin uşaqlığımı edərdim".

N.Metin 50 ildə iş adamı olduğunu və yaxşı pul qazandığını bildirib: "Bununla yanaşı xeyli dostlar da qazandım. Və o pulları da, o dostları da qorudum, heç kəsə xəyanət etmədim. Ən əsası isə 50 ildə gözəl ailə qazandım. 3 övladım oldu. Hazırda 3 nəvəm də var".

Bahar RÜSTƏMLİ
AzNews.a
z