“BBC” media holdingi mindən çox işçisini ixtisara salacağını elan edib. “BBC” media holdingi mindən çox işçisini ixtisara salacağını elan edib.

“BBC”də kütləvi ixtisarlar – 1000 işçi qovulur

“BBC” media holdingi mindən çox işçisini ixtisara salacağını elan edib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə holdinqin baş direktoru Toni Holl məlumat verib.

Onun sözlərinə görə, şirkətin bu qərarı insanların televizora az baxmağa başlaması ilə bağlıdır.

Kütləvi ixtisarların əsl səbəbi şirkətin öz televiziya şəbəkəsindən gələn gəlirlərinin kəskin azalmasıdır. Belə ki, şirkət televiziya ödənişlərindən planlaşdırdığından 150 mln avro (təxminən 235 mln dollar) az qazanıb.

İxtisarlar şirkətin idarəetmə bölməsinə, insan resursları və kadrlar şöbəsinə, İT şöbəsinə aid ediləcək. Həmçinin marketinq şöbəsinin strukturunun sadələşdirilməsi nəzərdən keçiriləcək.

İşdən çıxarılmalar şirkətin ildə 50 mln avroya qənaət etməsinə imkan verəcək.
Holl bildirib ki, şirkətin xərcləri azaltmaq üçün tədbirləri bununla yekunlaşmayacaq.

Aydan Axundova