Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında - 02 iyul polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında - 02 iyul polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Füzulidə polis işçilərinin peşə bayramı qeyd olundu - Fotolar

Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında - 02 iyul polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.


AzNews.az xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat müdirləri, ictimaiyyət nümayəndələri iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov bir qrup tədbir iştirakçısı ilə birgə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra daxili işlər naziri, geneal-polkovnik Ramil Usubovun rayon polis əməkdaşlarına təbrik teleqramı oxunub.

Rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov məruzə ilə çıxış edib.

İcra Hakimiyyətinin başçısı Alı Alıyev polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkədə sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb. Alı Alıyev bildirib ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib.

Alı Alıyev tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
image description image description image description image description image description image description image description image description image description image description image description image description