“İlk Avropa Oyunları tarixin yaddaşına köçsə də, yarış haqda təəssüratlar hələ də bitmək bilmir. Bakı 2015 bütün dünyaya səs saldı. Xüsusilə də açılış və bağlanış mərasimlərinə bütün dünya mətbuatı geniş yer ayırdı”. “İlk Avropa Oyunları tarixin yaddaşına köçsə də, yarış haqda təəssüratlar hələ də bitmək bilmir. Bakı 2015 bütün dünyaya səs saldı. Xüsusilə də açılış və bağlanış mərasimlərinə bütün dünya mətbuatı geniş yer ayırdı”.

“Bu, gözlənilməz uğur idi” – Azad Rəhimov

“İlk Avropa Oyunları tarixin yaddaşına köçsə də, yarış haqda təəssüratlar hələ də bitmək bilmir. Bakı 2015 bütün dünyaya səs saldı. Xüsusilə də açılış və bağlanış mərasimlərinə bütün dünya mətbuatı geniş yer ayırdı”.


AzNews.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov idmançılarımızın yarışda qazandığı uğurlarla bağlı danışıb.

"Azərbaycan" qəzetinə geniş müsahibə verən gənclər və idman naziri idmançılarımızın ümidləri doğrultduğunu bildirib:
"Bu, gözlənilməz uğur idi. Hər kəs proqnoz verməyə çalışırdı. Ancaq nəticə çox müsbət oldu. Azərbaycan idmançıları ümidləri həqiqətən doğrultdular. Çünki bu yarış Azərbaycanda keçirilirdi və atletlərimiz ürəklə çıxış etdilər. Yeni rekordlar müəyyənləşdi. Hər çəkidə yarışmaq üçün idmançımız var idi.
291 atletimiz möhtəşəm idman yarışında Azərbaycanı layiqincə təmsil etdi. Bütün bunlar dövlətimizin idmana göstərdiyi diqqət və qayğının nəticəsi əsasında baş tutur və inanırıq ki, növbəti yarışlarda Azərbaycan idmançıları daha çox medal qazanaraq yeni rekordlar müəyyənləşdirəcəklər".