I Avropa Oyunlarında iştirak edən və yaşadığı Mari El Respublikasına qayıdan Dövlət Dumasının deputatı Larisa Yakovleva Yoşkar-Ola şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun liderləri ilə görüşüb. I Avropa Oyunlarında iştirak edən və yaşadığı Mari El Respublikasına qayıdan Dövlət Dumasının deputatı Larisa Yakovleva Yoşkar-Ola şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun liderləri ilə görüşüb.

Rusiyalı deputat Azərbaycan diasporu ilə görüşdü – Mari Eldə

I Avropa Oyunlarında iştirak edən və yaşadığı Mari El Respublikasına qayıdan Dövlət Dumasının deputatı Larisa Yakovleva Yoşkar-Ola şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun liderləri ilə görüşüb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "mk.ru" saytı yayıb.

Görüşdə Larisa Yakovleva Bakıda keçirilən I Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb: "Rusiya rəhbərliyi bu oyunda iştirakını yüksək qiymətləndirir. Təsadüfi deyil ki, prezident Vladimir Putin iyun ayının 12-də Açılış Mərasimində olub".

Qeyd edək ki, görüşdə Azərbaycan disporunun rəhbəri İsa Ağamalıyev və digər fəallar iştirak edib.

Yerli media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Larisa Yakovleva Bakıdan gətirdiyi maykanı diaspor sədrinə hədiyyə edib.