Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” və “Axınla aşağı” bədii filmləri LET’S CEE Beynəlxalq Film Festivalında nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” və “Axınla aşağı” bədii filmləri LET’S CEE Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

“Nabat” və “Axınla aşağı” filmləri Avstriyada film festivalında

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” və “Axınla aşağı” bədii filmləri LET’S CEE Beynəlxalq Film Festivalında nümayiş olunacaq.



Kinostudiyadan verilən məlumata görə, hər il Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı festival 1-11 oktyabr tarixlərində Avstriyada keçiriləcək.

Asif Rüstəmovun "Axınla aşağı" bədii filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Elçin Musaoğlunun "Nabat" bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rollarda Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları oynayır.(Ölkə.az)