Qarabağda olan rus ifaçısı: “İnsanlar bura gəlməkdən qorxmamalıdırlar“- Video

Rusiyanın məşhur opera ifaçısı Lyubov Kazarnovskaya Azərbaycanın razılığı olmadan Qarabağa gedib.


ANS PRESS-in məlumatına görə, ifaçı orada musiqi kollecində ustad dərsləri verir. İfaçı erməni jurnalistə müsahibəsində hətta bildirib ki, "insanlar Qarabağa gəlməkdən qorxmamalıdırlar".

Lyubov Kazanovskaya bir il əvvəl bu əməkdaşlıq haqqında razılığa gəlib. Erməni mətbuatı ifaçının ustad dərsləri vermək üçün özünün istəkli olduğunu yazıb.

Böyük ehtimalla Azərbaycan Xarici İşlər Nazirliyinin tərtib etdiyi "Arzuolunmaz şəxslər siyahısı"na Lyubov Kazarnovskayanın da adı salınacaq. Həmin siyahıda Azərbaycanın Ermənsitan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərin adları qeyd edilir.