Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində gizli şəkildə hərbi bazanın qurulması barədə əmr vediyi iddia edilir. Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində gizli şəkildə hərbi bazanın qurulması barədə əmr vediyi iddia edilir.

Gizli saxlanılan hərbi baza - FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində gizli şəkildə hərbi bazanın qurulması barədə əmr vediyi iddia edilir.


Yeni yaradılan Rusiya hərbi bazasına tank və digər zirehli texnikalar yerləşdirilib. Ukrayna ordusunun "Dnepr-1" kəşfiyyat təyyarəsi Rusiya ordusunun Ukrayna torpaqlarında inşe etdiyi hərbi bazanın fotolarını çəkib.

Mayın 20-də çəkilən fotolarda hərbi bazada olan zirehli texnikalar görünür.

"Dnepr-1" pilotsuz uçan aparatın iyunun 4-də çəkdiyi fotolarda isə tikinti işlərinin başa çatdığı və böyük bir hərbi baza görünür.

Ukraynanın şərqində Minskdə əldə olunan atəşkəs razılaşması ilə çəkilən sərhədin 6 kilometr içərilərinə doğru girərək inşa edilən hərbi bazada poliqonlar, yeməkxana və əsgər yataqxanaları mövcuddur. "Dnepr-1"in fotolarında Rusiya ordusunun 70 əsgərinin Ural-4320 tipli hərbi maşınlarla birlikdə bazada olduğu sezilir.

ATƏT müşahidəçiləri də Rusiyanın Ukraynanın şərqindəki hərbi fəaliyyətlərindən xəbərdar olduqlarını da bildiriblər. Ukrayna hökuməti isə ölkənin şərqindəki münaqişəni siyasi yollarla həll etmək üçün konstitusiya dəyişikliyinə baş vurur. Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, konstitusiya dəyişikliyində rusiyameyilli separatçıların nəzarəti altında olan Donbasa xüsusi statusun verilməsi nəzərdə tutulmayıb.

Prezident dəyişikliyi nəzərdə tutan qanun layihəsini müzakirəsi üçün Ali Radaya göndərdiyini deyib. Ukrayna ordusunda ölkənin şərqində hərbi əməliyyatlar zamanı əsgərlərin mobil telefonlarından istifadə etməsini də qadağan edib. (ans)

Rusiya hərbi bazasından çəkilən fotolar
image description image description image description image description image description