Gürcüstanın avtomobil bazarı satışa çıxarılıb. Gürcüstanın avtomobil bazarı satışa çıxarılıb.

Gürcüstanın maşın bazarı satışa çıxarıldı

Gürcüstanın avtomobil bazarı satışa çıxarılıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, Ukraynanın "Privat" Maliyyə-Sənaye Qrupu obyektdəki payını hərraca çıxarıb.

Rustavi şəhərində yerləşən bazarın ilkin qiyməti 30 mln. dollardır. Hərrac iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, satışa çıxarılan "Autopapa Rustavi avtomobil bazarı" şirkətinə "Mikado-Gürcüstan" ASC (torpaq sahəsi və bir neçə bina), "Rustavi avtomobil bazarı" ASC (kommersiya obyekti və onu idarə edən şirkət), "Rustavi-terminal plyus" ASC (gömrük zonasının əməliyyat idarəçiliyi), "Rustavi-komfort" ASC (mehmanxana və iaşə obyektləri) və autopapa.ge internet portalı daxildir.

Şirkətin baş direktoru Yevgeni Ustinov "Kommersant"a açıqlamasında Kiyevdəki menecerlər tərəfindən belə qərarın qəbul edilməsinin səbəblərindən məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda avtomobil bazarına maraq göstərən 3 şirkətlə danışıqlar aparılır. "Biz bütün mümkün variantları - istər şirkətin payının, istər də obyektin tam satışını nəzərdən keçiririk".

Qeyd edək ki, "Privat" Maliyyə-Sənaye Qrupu ukraynalı milyarderlər İqor Kolomoyski və Gennadi Boqolyubova məxsusdur.