Baş rejissor Gümrah Ömərin müsahibəsindən sonra YUĞ teatrı ilə Akademik Milli Dram Teatrının yaradıcı heyəti arasında yaranan gərginlik artmaqda davam edir. Baş rejissor Gümrah Ömərin müsahibəsindən sonra YUĞ teatrı ilə Akademik Milli Dram Teatrının yaradıcı heyəti arasında yaranan gərginlik artmaqda davam edir.

Gənc aktyor rejissoru təhqir etdi: "Doğum gününə palan alacağam"

Baş rejissor Gümrah Ömərin müsahibəsindən sonra YUĞ teatrı ilə Akademik Milli Dram Teatrının yaradıcı heyəti arasında yaranan gərginlik artmaqda davam edir.


Vəziyyət o yerə çatıb ki, "Azdrama"nın aktyorları rejissoru üzbəüz görüşə dəvət edib.

G.Ömərin görüşə gəlməməsi isə aktyorları bir az da özündən çıxarıb. Akademik Milli Dram Teatrının gənc aktyoru Elnar Qarayev AzNews.az-a açıqlamasında bildirib ki, YUĞ teatrının baş rejissoru Gümrah Ömərin müsahibəsində ona təsir edən iki məsələ var:

"Gümrah Ömərə üzümü tutub deyirəm ki, sən bir rejissor olmaqdan əlavə ailə başçısı, bir övladın atası, bir atanın-ananın övladı və ən nəhayət, bir kişisən. Əgər sizin kiməsə sözünüz varsa, zəhmət çəkib ad çəkin. Sizin bu şəkildə ümumiyyətlə, "Azdrama"nın kollektivini cəm şəkilində təhqir etməyin, alcatmağın hansı tərbiyənin, hansı əxlaqın sahibi olduğunu göstərir".

Aktyor deyib ki, Gümrah Ömərin sənət haqqında danışmağa ixtiyarı yoxdur:

"Çünki Gümrah Ömər dünyada analoqu olmayan yeganə rejissordur ki, özü qurmadığı tamaşaya sonda rejissor qismində səhnəyə çıxıb baş əyir. Aktyor ondan soruşanda ki, mən bu mizanı niyə etməliyəm deyir ki, "mənim xərtimə elə də". Gümrah Ömərin baş rejissoru olduğu YUĞ teatrı yeganə teatrdır ki, yarandığı ildən bu günə kimi işçilərinin sayı tamaşaçılarının sayından artıq olub. Teatr 26 ildir fəaliyyət göstərir, amma 26 tamaşaçı toplaya bilməyib. Həftədə bir dəfə tamaşa oynayırlar, yuxarı-asağı 30 nəfərlik tamaşaçı zalları var. Onun da yarısı boş olur, yarısı da tanışları. O, Akademik teatra hansı yeniliyi gətirmək istəyir? YUĞ teatrının belə bir frazası var, onlar bu məntiqlə işləyirlər. Əgər tamaşaçı tamaşanı anlamayıbsa, deməli, uğurlu alınıb. Yoxsa "Azdrama"ya bu yeniliyimi gətirmək istəyir? O, nə ixtiyardan "Azdrama"da işləyən aktyorları alçaldır, onları geridəqalmış, köhnəlmiş, vaxtı keçmiş sayır? Əgər kiməsə sözü varsa, özünə desin, adını çəksin. O, elə aktyorları alçaldır ki, onlar mərhum prezident Heydər Əliyev və indiki prezidentimiz İlham Əliyevin sərəncamı ilə qiymətləndirilib. Bu insanları o alçaldır, amma hansısa erməni rejissorlarının, aktyorlarını tərifləyir. Ermənilərə olan məhəbbəti bilmirəm hardandı?"

E.Qarayevin fikrincə, ermənilərlə sıx əlaqədə olan rejissor Ermənistanda işləməlidir:

"Niyə gəlib burada işləyir? Azərbaycanın çörəyini yeyir, amma çörək yediyi qaba tüpürür. Gümrah Ömərin erməniləri bu qədər tərifləməsinin arxasında iki məsələ dura bilər. 20 ildən artıqdır biz ermənilərlə müharibə şəraitində yaşayırıq. İnsanlar doğmalarını itirib, onların üzünə baxa-baxa erməniləri tərifləyir. Amma prezidentin qiymətləndirib, dəyər verdiyi, illərlə teatrın yükünü çiyinlərində daşıyan insanları alçaldır, aşağılayır. Əgər sizin ermənilərə bu qədər sevginiz varsa, deməli, sizin ya milli heysiyyətınız yoxdu, ya da ermənilərlə qohumluq əlaqəniz var".

Aktyor YUĞ-un baş rejissoruna mesaj da ünvanlayıb: "Mən bilmirəm, bu müsahibəyə görə sizə kimlər nə vəd edib, amma şəxsən mən sizin bu mədəniyyətinizə, tərbiyənizə görə palan sifariş etmişəm, ad günüdə gətirib şəxsən təqdim edəcəm".

Bahar RÜSTƏMLİ
AzNews.az