“Hazırda müvəqqəti hökumət, müvəqqəti baş nazir Türkiyəni addım-addım müharibəyə sürükləyir”. “Hazırda müvəqqəti hökumət, müvəqqəti baş nazir Türkiyəni addım-addım müharibəyə sürükləyir”.

“Ərdoğan iqtidarda qalmaq üçün ölkədə xaos yaradır” - Dəmirdaş

“Hazırda müvəqqəti hökumət, müvəqqəti baş nazir Türkiyəni addım-addım müharibəyə sürükləyir”.


AzNews.az xəbər verir ki, bu sözləri Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Dəmirdaş Türkiyə mediasına açıqlamasında deyib. Həmsədr son günlər Türkiyədə baş verən siyasi, hərbi proseslərə münasibət bildirərək, hakim partiya AKP-nin seçkilərdə tək başına hakimiyyətə gələ bilmək üçün Türkiyədə xaos yaratdığını vurğulayıb:

"Hazırkı hakimiyyət Türkiyəni müharibəyə sürükləyir. Biz onların qalıcı hökumətə çevrilmək üçün hər cür çılğınlıq edə biləcəklərini görmüşük. AKP boğazına qədər cinayətə, çirkə batmış bir partiya olaraq hakimiyyətdə tək qalmaq üçün edir bunları. 7 iyunda hakimiyyət tək başına iqtidarı itirincə çox böyük qəzəblə erkən seçkilərə gedərək yenidən tək hakimiyətliliyin yolların axtarır. Onlar bu xaos ortamını yaradaraq insanlarda "biz olmasaq Türkiyənin vəziyyəti belə olacaq" fikrini yaratmağa çalışırlar".

Dəmirdaş, hazırkı hərbi əməliyyatlar, bombardmanların dövlət siyasəti yox, saray siyasəti olduğunu deyərək, HDP-nin növbəti seçkilərdə də AKP-yə ciddi rəqib olacağını, onların tək başına hakimiyyətə gəlməsinə imkan verməyəcəklərini qeyd edib.

Vüsal
AzNews.az