Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Bakının “Sovetski” adlanan ərazisində sahəsi 25 kv.m-dən az olan evlərin sahiblərinə Nərimanov rayonunda iki otaqlı mənzillərin açarları təqdim edilib. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Bakının “Sovetski” adlanan ərazisində sahəsi 25 kv.m-dən az olan evlərin sahiblərinə Nərimanov rayonunda iki otaqlı mənzillərin açarları təqdim edilib.

“Sovetski” sakinlərinə müjdə - 25 kv.m əvəzinə Nərimanovda 2 otaqlı mənzil (FOTO)

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Bakının “Sovetski” adlanan ərazisində sahəsi 25 kv.m-dən az olan evlərin sahiblərinə Nərimanov rayonunda iki otaqlı mənzillərin açarları təqdim edilib.


AzNews.az xəbər verir ki, son illər paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu işlərin davamı olaraq Bakı şəhərinin baş planının icrasının təmin olunması, şəhərdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Yasamal rayonundakı Sovetski adlanan ərazidəki yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi prosesinə başlanıldı.

Ötən müddət ərzində ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi və qiymətləndirilməsi, satınalmadan sonra əhalinin köçürülməsi istiqamətində tədbirlər davam etdirilib. Savetski adlanan ərazidə sahəsi 25 kv.m-dən az olan evlərin sahiblərinə ikiotaqlı mənzillərin açarlarının təqdimedilməsi ilə bağlı mərasimdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılan işçi komissiyasının sədri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov bu barədə məlumat verdi, bildirdi ki, satınalma tədbirlərinin həyata keçirilməsi ümumilikdə altı mərhələdə nəzərdə tutulub. Bu tədbirlər isə təxminən 10 min 500 mənzil təsərrüfatını əhatə edir. Hələ Sovetlər İttifaqı dövründə belə, paytaxt əhalisi üçün vacib sayılan, lakin həyata keçirilməyən bu irimiqyaslı layihə müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə öz həllini tapdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində onillər boyu qəzalı, yarıuçuq mənzillərdə yaşayan 50 minə yaxın əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir. S.İslamov dedi ki, ilk iki mərhələ üzrə ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış sahəsi üçün yararsız, azkvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəzərə alınıb. Dövlət başçsının bu ciddi problemin həllinə göstərdiyi dəstək və diqqət nəticəsində Nazirlə Kabinetinin 2015-ci il, 9 iyun tarixli sərəncamına müvafiq olaraq, qeyd edilən ərazidə sahəsi 25 kv.m və daha az olan yaşayış sahələrinin Nərimanov rayonunda Fətəli Xan Xoyski küçəsi 98A ünvanda 104 mənzilli və Koroğlu Rəhimov küçəsi 9 ünvanda 96 mənzilli, ümumilikdə 200 mənzilli iki yaşayış binasında iki otaqlı tam təmirli mənzillərlə əvəz edilməsi qərara alınıb. Fətəli Xan Xoyski küçəsi 98A ünvanda 104 mənzilli binada təmir işləri tam başa çatdırılıb. Digər binada isə işlər sürətlə davam etdirilir.

İyulun 23-də isə Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında 93 ailəyə mənzillərin bölüşdürülməsi baş tutub. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müvini Şahmar İbadov bildirdi ki, mənzillərin bölüşdürülməsi tam şəffaf şəkildə sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib və 93 yeni mənzilin sahiblərinin adları müəyyən olunub. Sonra Fətəli Xan Xoyski küçəsi 98A ünvandakı binanın mənzillərinin açarları sakinlərə təqdim edildi. Tədbir iştirakçıları evlərdə yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, yeni mənzillərin verilməsi bu məqsədlə yaradılan komissiyanın apardığı araşdırmaların nəticələrinə müvafiq olaraq digər yaşayış sahələri olmayan, daha çətin mənzil şəraiti olan sakinlərə şamil edilib. Sərəncamda alqı-satqı proseduru, həmçinin yeni mənzillərə dair mülkiyyət sənədlərinin rəsmiləşdirilməsi üçün aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Yeni mənzillərin sahələri sakinlərin Sovetski adlanan ərazidəki mövcud mənzillərinin sahələrindən iki-üç dəfə, bəzi hallarda isə dörd dəfə böyükdür. Bu Prezident ilham Əliyev tərəfindən illərlə çətin şəraitdə yaşayan iki yüz ailəyə göstərilən növbəti diqqət və qayğıdır. Bütün mənzil sahibəri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, köçürülmə prosesinə başlanan gündən indiyədək 8600 mənzil və qeyri-yaşayış sahəsinə tam ölçülü və qiymətləndirmə işləri yekunlaşdırılaraq sənədlər paketi hazırlanıb. 2320 mənzil və qeyri-yaşayış sahələrinin sahibəri ilə alqı-satqı aparılıb və tikililər sökülərək ərazi boşaldılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər olan ərazidə əhaliyə məxsus tikililər bütünlüklə satın alınıb, əhalinin köçürülməsi və ərazinin təmizlənməsi təmin edilib. Sakinlər üçün avtomobil yolunun tikintisinə başlanılıb. Koroğlu Rəhimov küçəsi 9 ünvanda 96 mənzilli binada işlər başa çatdıqdan sonra azkvadratlı mənzillərdə yaşayan digər sakinlərə də evlərin açarları təqdim olunacaq.


image description image description image description