Bakıda avtomobil yanıb. Bakıda avtomobil yanıb.

“Mercedes“ yandı - Bakıda

Bakıda avtomobil yanıb.


Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Bakının Babək prospektində, "Maşın bazarı" deyilən ərazidə yolun qırağında dayanmış "Mercedes E-class" markalı avtomobil qəfildən yanıb.

Yanğın nəticəsində avtomobil yararsız hala düşüb. Artıq yanğın söndürülüb.

Xəsarət alan yoxdur.