Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza İsmayıllı- Qaraməryəm- Balakən magistral yolunun Oğuz rayonu Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza İsmayıllı- Qaraməryəm- Balakən magistral yolunun Oğuz rayonu Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəkidə qəza: Maşın ağaca çırpıldı, sürücü öldü

Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza İsmayıllı- Qaraməryəm- Balakən magistral yolunun Oğuz rayonu Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən ans press-ə verilən məlumata görə, Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Nəsib oğlu Mustafayev idarə etdiyi "VAZ " markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində "qapalı kəllə beyin zədəsi" alan Elşən Mustafayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Oğuz Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS- ə verilən məlumata görə, sahər saat 9 radələrində xəstəxanaya daxil edilən E. Mustafayev xəsarətlərin ağırlığından xəstəxanada 09:30-da keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.