- Köhnə - Cəmiyyət
- 28 İyul 2015 10:30
- 3 070
Bu küçələrdən keçməyin - Tıxac var
Paytaxtın İnqilab İsmayılov, General Əliağa Şıxlinski, Cavadxan, Ceyhun Hacıbəyli küçələrində, habelə Bibiheybət yolunda güclü tıxac yaranıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən AzNews.az-a verilən məlumata görə, hal-hazırda bu ərazilərdə avtomobillərin intensiv sıxlığı müşahidə olunur.
Bununla yanaşı, Badamdar şosesi, Badamdar massivi yolunda, Ceyhun Səlimov, eləcə də Xudu Məmmədov küçələrində hərəkət məhdudlaşdırılıb.