Müğənni İradə İbrahimova hamiləlik şəkillərini paylaşıb. Müğənni İradə İbrahimova hamiləlik şəkillərini paylaşıb.

İradə İbrahimovanın hamiləlik - Fotosu

Müğənni İradə İbrahimova hamiləlik şəkillərini paylaşıb.



AzNews.az xəbər verir ki, müğənni İnstagramda paylaşdığı şəklində hamiləlik dövründə pəhriz saxlamadığını və xanımlara da məsləhət görmədiyini bildirib: Hamilə qalanda 53 kilo idim. İndi 63 kiloyam. Pəhriz saxlamadım. Hamilə qadının pəhriz saxlaması lazımsızdır. Sağlam qidalanmağa çalışdım. Özümü deyil uşağı qidalandırmağa çalışıram. Arada öz istədiyimi də yeyirəm. İpəyin qısqanmaması üçün əlimdən gələn hər şeyi edirəm. Qardaşı ilə bağlı nə olursa, onun da fikrini soruşuram. Alış-verişə çıxdıq, qardaşının qarderobunu bir yerdə topladıq. Səbrsizliklə qardaşının gəlişini gözləyir. Doğulandan sonra necə olacaq bilmirəm. İpəyimi diqqətdən kənar və sevgisiz qoymaq fikrim yoxdur. Nə qədər yorğun, yuxusuz olsam da, bunu bir formada tarazlaşdıracağam".

İ.İbrahimova doğulacaq körpəsinin adını da açıqlayıb. O, oğlunun adının Əli olacağını və bu adı ona İpəyin verdiyini qeyd edib: "Atası ilə mən də ikinci adının Can olmasını istəyirik".

Qeyd edək ki, İ.İbrahimova Ceyhun İzər adlı türkiyəli iş adamı ilə ailə qurub. İfaçı İstanbulda yaşayır.