Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Beynəlxalq Banka yeni mətbuat xidməti rəhbəri təyin olundu

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.


AzNews.az xəbər verir ki, bu barədə Report-a ABB mətbuat xidmətinin yeni rəhbəri Yadigar Cəfərli özü məlumat verib.

Y.Cəfərli bu vəzifədə öz işinə başlayıb.

Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb. BDU-nun Jurnalistika fakültəsinin məzunu olan Y.Cəfərli 1998-ci ildən mətbuatda çalışır. "Şərq" və "Azərbaycan" qəzetlərinin əməkdaşı olub. Filologiya üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.