Cənubi Koreya MERS virusu üzərində qələbə qazandığını elan edib. Cənubi Koreya MERS virusu üzərində qələbə qazandığını elan edib.

MERS təhlükəsi başa çatdı: 186 yoluxma, 36 ölüm

Cənubi Koreya MERS virusu üzərində qələbə qazandığını elan edib.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın baş naziri Xvan Qe An ölümcül virus olan MERS-in yayılmasının qarşısının alındığını rəsmən elan edib.

"Son vəziyyət nəzərdən keçirildikdən sonra tibbi heyət və hökumət hesab edir ki, artıq xalq narahatlıqdan qurtula bilər", -deyə baş nazir Nazirlər Kabinetinin iclasında bildirib.

Hökumət başçısı həmçinin xalqı öz normal həyat tərzinə qayıtmağa çağırıb: "Mən bütün cəmiyyəti MERS virusu ilə bağlı hər cür narahatlığı kənara atmağa və normal gündlik fəaliyyətlərinə qayıtmağa çağırıram".

Qeyd edək ki, Cənubi Koreyada son 23 gün ərzində MERS virusuna yoluxma qeydə alınmayıb.

Xatırladaq ki, ölkədə bu virusu ilk yoluxma mayın 20-də müşahidə olunub. Bu müddət ərzində 186 nəfər virusa yoluxub, 36 nəfər vəfat edib.

Aydan Axundova