“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu gün prezidentlərin növbəti görüşü çox mühüm əhəmiyyət kəsb edə bilər”. “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu gün prezidentlərin növbəti görüşü çox mühüm əhəmiyyət kəsb edə bilər”.

“Ermənistana güc nümayiş etdirməliyik” - EKSPERT

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu gün prezidentlərin növbəti görüşü çox mühüm əhəmiyyət kəsb edə bilər”.


Bunu AzNews.az-a açıqlamasında siyasi icmalçı Arzu Nağıyev deyib. Ekspert bildirib ki, bu məsələdə ABŞ-ın təşəbbüsü ələ almaq cəhdləri göz qabağındadır:

"Yəqin ki, bu görüşdə əsasən uzun müddət sürən status-kvoya son qoyula bilər. Bizim mövqeyimiz məlumdur. Əsasən Madrid prinsipləri çərçivəsində, ərazi bütölüyü əsas müddəa olmaqla sülh danışıqlarına getməyə hazırıq".

Qarabağ düyününün həll olunmasının inandırıcı görünmədiyini qeyd edən A.Nağıyev, sadəcə müəyyən addımların atıla biləcəyini deyib:

"Ancaq düyünün tam açılması mümkünsüzdür. Çünki münaqişənin həllinə tək iki tərəf deyil, dünyada söz sahibi olan dövlətlər də münasibət bildirməlidirlər. Təəsüf ki, BMT və ATƏT kimi qurumların qətnamələri də yerinə yetirilmir".

Rusiyanın münaqişənin həllində birbaşa məsuliyyət daşıdığını qeyd edən ekspert, problemin həllinin iki yolu olduğunu deyib:

"Ermənistan Rusiyanın vassal və əsas tərəfdaşlarından biridir. Məhz buna görə də "Rusiyanın Qarabağı Azərbaycana verməsi" absurd bir iddiadır. Qeyd etdiyim kimi münaqişənin həllinin iki yolu var - sülh danışıqları, ya da hərbi yol. Biz hələlik birinci yolu seçmişik və dünya ictimaiyyəti də bunu istəyir. Lakin qəsbkarı sülh masasına əyləşdirmək üçün güc nümayişi də vacib amildir".

Qərbin və Rusiyanın regionda öz maraqlarının olduğunu deyən politoloq, Azərbaycanın müstəqil siyasət yeritməsinin vacib olduğunu vurğulayıb:

"Düşünürəm ki, Azərbaycan öz siyasətini yeritməlidir və belə də edir. Qərbin regionda öz maraqları var. Bu əsasən karbohidratlarla bağlı iqtisadi layihələrdir. Rusiya isə regionda nəzarəti ələ tam keçirməyə cəhd edir. Bir sözlə Azərbaycan hər iki tərəflə əməkdaşlıq etməyə hazırdır və öz müstəqil siyasətini həyata keçirəcək. Çünki bu problem hər şeydən öncə bizim daxili işimizdir və xalqımızı düşündürən bir nömrəli məsələdir".

Vüsal QARAYEV
AzNews.az