Avropanın ən nüfuzlu futbol turnirlərindən olan Çempionlar Liqasında bu gün üçüncü mərhələnin ilk oyunlarına start veriləcək. Avropanın ən nüfuzlu futbol turnirlərindən olan Çempionlar Liqasında bu gün üçüncü mərhələnin ilk oyunlarına start veriləcək.

Çempionlar Liqasında üçüncü mərhələ start götürür - CƏDVƏL

Avropanın ən nüfuzlu futbol turnirlərindən olan Çempionlar Liqasında bu gün üçüncü mərhələnin ilk oyunlarına start veriləcək.


AzNews.az anspress-ə istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın da mübarizə aparacağı turnirin ilk oyun günündə 9 qarşılaşma baş tutacaq. Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyənin "Fənərbaxça" klubu da bu gün meydana çıxır. İstanbulluların rəqibi Ukraynanın ən titullu komandası "Şaxtyor"dur. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. Ümumilikdə bu gün keçiriləcək oyunların təqvimi belədir:

21:15. MOİK (Rusiya) - "Sparta" (Çexiya)
22:00. "Midtyulland" (Danimarka) - APOEL (Kipr)
22:00. "Milsami" (Moldova) - "Skenderbeu" (Albaniya)
22:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Viktoriya" (Çexiya)
23:00. "Fənərbaxça" (Türkiyə) - "Şaxtyor" (Ukrayna)
23:00. "Panatinaikos" (Yunanıstan) - "Brügge" (Belçika)
23:15. "Yanq Boyz" (İsveçrə) - "Monako" (Fransa)
23:30. "Videoton" (Macarıstan) - BATE (Belarus)
00:00. "Dinamo" (Xorvatiya) - "Molde" (Norveç)

1956-cı ildən keçirilən turniri ən çox qazanan komanda (10 dəfə) İspaniyanın "Real Madrid" klubudur. İtaliyanın "Milan" klubu 7, Almaniyanın "Bayern", İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" klubu kuboka 5 dəfə sahib çıxıb.