Öldürülən Liviya prezidenti Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam güllələnməyə məhkum edilib. Öldürülən Liviya prezidenti Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam güllələnməyə məhkum edilib.

Qəddafinin oğlu güllələnəcək - Hökm

Öldürülən Liviya prezidenti Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam güllələnməyə məhkum edilib.


AzNews.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Seyf əl-İslam dövlət təhlükəsizliyini pozmaq, həbsxanadan qaçmağa cəhd etmək və dövlət bayrağını təhqir etməkdə ittiham olunub.

Məhkəmənin Qəddafi dövrünün bir qrup məmuru barədə də hökm çıxardığı bildirilir. Məlumatda qeyd olunur ki, onlar hərbi cinayətlərdə və 2011-ci il etiraz aksiyalarını yatırarkən nümayişçiləri öldürməkdə təqsirli biliniblər.

Qeyd edək ki, Haaqa Qəddafinin oğlunun öz yurisdiksiyasına təhvil verilməsinə çalışırdı və bunu Liviyada siyasətin məhkəməyə təsir göstərə biləcəyi ilə əsaslandırırdı.

Aydan Axundova