-"Sənin yaxşı pula gedən saçın var. Niyə satmırsan? - Atam icazə vermir. Deyir saçının bir telinə dəysən özündən küs. - Cavan qızsan qoy kəsim, üç-dörd aya yenə də həminki saçın gələcək. Maska resseptləri də deyərəm sənə, saçına qoyarsan lap tez uzanar. -"Sənin yaxşı pula gedən saçın var. Niyə satmırsan? - Atam icazə vermir. Deyir saçının bir telinə dəysən özündən küs. - Cavan qızsan qoy kəsim, üç-dörd aya yenə də həminki saçın gələcək. Maska resseptləri də deyərəm sənə, saçına qoyarsan lap tez uzanar.

100 qramı 70 manata satılan uşaq saçları - Araşdırma

-"Sənin yaxşı pula gedən saçın var. Niyə satmırsan? - Atam icazə vermir. Deyir saçının bir telinə dəysən özündən küs. - Cavan qızsan qoy kəsim, üç-dörd aya yenə də həminki saçın gələcək. Maska resseptləri də deyərəm sənə, saçına qoyarsan lap tez uzanar.


Movqe.az-ın əməkdaşı paytaxtda salonların birində saç ustasının müştərisi ilə bu dialoqunun şahidi olub.

Məlum olub ki, saç alveri ilə məşğul olan bərbərlərin mütləq əksəriyyəti saçı uzun, qalın müştəri gələn kimi dərhal bu təklifi edirlər. Elə son vaxtlar "Uşaq saçı alınır", "Uzun və qalın təbii saçlar baha qiymətə alınır" və sair bu kimi elanlarla divarlarda, gözəllik salonlarının qapısının üzərində tez-tez rast gəlinir. Uzun saç arzusunda olanlar müəyyən məbləğdə pullarından keçərək bu gözəlliyə bir neçə saatın içində nail ola bilirlər. Amma süni yolla təbii saça sahib olmaq, uzun saç arzusunda olanlara heç də həmişə asan başa gəlmir. Dermatoloqlar saç qaynağı zamanı göbələk və parazitor kimi yoluxucu xəstəliklərin keçmə ehtimalının yüksək olduğunu söyləyirlər.

AzNews.az xəbər verir ki, qiyməti elə də ucuz olmayan saçlar, uzun saç arzusunda olanların həm sağlamlığına, həm də cibinə zərər vura bilər. Bu barədə bir qədər sonra... Öncə qeyd edək ki, son vaxtlar dəbə düşən saç qaynağı təbii və süni saçlardan istifadə ilə mümkündür. Uzun saça sahib olmaq istəyənlər gözəllik salonlarına müraciət edərək müxtəlif qiymətə bu xidmətdən faydalana bilərlər. Amma bu zaman diqqətli olmaq vacibdir. Paytaxtda yerləşən "Altun" gözəllik salonun saç ustası Jalə Osmanova bildirib ki, salonlarda Hindistandan, Türkiyədən gətirilən süni saçlar bəzən baha qiymətə müştərilərə təbii saç adı altında satılır:

"Müştəri bizə saç qaynağı üçün müraciət edəndə biz ona əvvəlcə təbii saç təklif edirik. Amma hamının təbii saç almağa imkanı çatmır. Ona görə də, bəziləri süni saça da üstünlük verir. Amma süni saçlar qaynaq üçün məsləhət görülmür. Hazırda Azərbaycana Türkiyə, Hindistandan təbii saçlar gətirilir. Biz həmin saçları müştərilərin saçına 150 manata qoyuruq. Həmin saçların satışda qiyməti 50-70 manat arası dəyişir".

Saç ustası deyib ki, təbii uşaq saçları hazırda saç alveri bazarında ən çox tələb olunan saç növüdür:

"Belə saçları tapmaq elə də asan deyil. Ona görə də, qiyməti 250-300 manatdır. Kim uşaq saçı istəyirsə, ən azı 300 manatından keçməlidir".

O bildirb ki, saç qanağı aparılan bütün salonlarda saç açıq-aşkar şəkildə alınır.

"Biz élan yazıb vursaq da, az-az hallarda o elana görə saçını satmaq üçün kəsdirənlər olur. Uşaq saçları əsasən həkim məsləhəti ilə kəsilir. Valideyn uşağını gətirir ki, bəs uşağın gözünə ziyan edir saç, biz də kəsirik. Belə halda valideynlə razılaşıb o saçı pulla satın alıb müştərilərə baha qiymətə satırıq".

J. Osmanovanın sözlərinə görə, uşağın saçı uzun, qalın, eyni zamanda bir az açıq rəngdədirsə daha baha alınır:

"Belə saçların 100 qramına 70-80 manat ödəyirik. Qara rəngdə, boyasız, qalın uşaq saçlarına da normal qiymət verilir".

Saç ustası deyir ki, uzunluğu 70-80 sm olan qalın təbii saçlar qaynaq üçün daha əlverişlidir:

"Bir saç üçün qaynağa təxminən 100-200 qram saç istifadə olunur. Saç nə qədər qalın olsa daha yaxşıdır. Ona görə də, alanda saçın uzunluğu ilə yanaşı qalınlığı da nəzərə alınır".

Saç alverinə artıq internetdə virtual aləmdə də rast gəlmək mümkündür. Bu bizneslə məşğul olanlar artıq sosial şəbəkələrdə də saç bizneslərini "çiçəkləndirirlər". Facebook sosial şəbəkəsində "Təbii Saçların Satışı" hesabı ilə aktiv olan səhifədə müştərilərə saç qaynağı üçün təbii saçlar təklif olunur, təbii saçlarını satanlarla sövdələşmə elə internet üzərindən aparılır.

J. Osmanova isə bəzi salonlarda müştərilərin aldadılması faktının da olduğunu söyləyir:

"Bəzən Hindistandan gətirilən saçı müştəriyə uşaq saçı adıyla 300 manata qaynaq edirlər. Belə saçalar bir ay keçməmiş tökülür, yanmış saçların effektini verir. Odur ki, müştərilər saç qaynağı zamanı diqqətli olmalıdırlar".

Amma saç qaynağı üçün gözəllik salonuna müraciət edən xanımların diqqət edəcəyi yeganə məqam bu deyil. Arash estetik klinikasının həkim dermatoloqu Əli Həsənov isə açıqlamasında bildirib ki, son vaxtlar gözəllik salonlarında daha çox müraciət edilən xidmət kimi saçların qaynağı zamanı təhlükəli xəstəliklərə yoluxma ehtimalı var:
" Çox vaxt müştərilər saçın gigiyenik baxımdan nə dərəcədə təmiz olmasına diqqət etmirlər. Halbuki, saç vasitəsilə göbələk, parazitor xəstəliklərin keçmə ehtimalı var. Saç qaynağə kosmetoloji prosedur olsa da, gigiyenik tələblərə əməl edilməlidir. Başqasının başından kəsilən saçı sadəcə yumaqla müştəriyə qoymaq olmaz. Həmin saç kəsildikdən sonar müəyyən sterilizasiyadan keçirilməlidir ki, təhlükəli və yoluxucu xəstəliklər başqasına yoluxmasın. Çox təəssüf ki, müştərilər bəzən xaricdən gətirilən saçların da, gigiyenik serrtifikatını tələb etmirlər. Həmin saçların xəstə insanın saçından kəsilmədiyinə heç kəs zəmanət verə bilməz".

Saç salonlarından da xaricdən gətirilən saçların gigiyenik sertifikatının olmadığını təsdiqləyiblər. Təbii kəsilmiş saçların isə sadəcə yuyulduqdan sonar qaynaq üçün istifadə edildiyini söyləyiblər.

Qeyd edək ki, saç qaynağı təkcə gigiyenik baxımdan deyil, saçların tökülməsi baxımından da məsləhət görülmür. Qaynaq edilən saçlar tez tökülür və nazikləşir.

Saçı tökülən xanımlara saç qaynağı birmənalı şəkildə tövsiyyə edilmir.