“Cənab İsrafil İsrafilov! Sənin direktoru olduğun teatrdan xəbərin yoxdur”. “Cənab İsrafil İsrafilov! Sənin direktoru olduğun teatrdan xəbərin yoxdur”.

“İsrafil İsrafilovu 2 dəfə debata çağırdım gəlmədi“ - Nurəddin Mehdixanlı

“Cənab İsrafil İsrafilov! Sənin direktoru olduğun teatrdan xəbərin yoxdur”.


AzNews.az xəbər verir ki, bunu sosial şəbəkədə Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı bildirib.

Aktyor qeyd edib ki, bu gün Akademik teatrın yaradıcı kollektivinin 90 faizi onun rəhbəri olan İsrafil İsrafilovdan narazıdır: "Bütövlükdə teatr kollektivinin azı 90 faizi səndən narazıdır. Digərləri mətbuata danışmırsa, bu heç də səndən razı olmağın göstəricisi deyil. Mətbuat səhifələrində onlarla aktyor səndən narazılığını bildirir. Başqalarına söylədiyin həqiqətdən kənar fikirlərini bir yana qoyaq, heç olmasa özün-özünü aldatma".

N.Mehdixanlı İ.İsrafilovu haqsız adlandırıb: "Mən sizi iki dəfə debata dəvət etdim. Gəlmədiniz. Niyə? Çünki, bilirsiniz ki, haqsızsınız. Mətbuata söylədiyiniz nağıllarla özünüzdən başqa heç kimi aldada bilməzsiniz".



Bahar RÜSTƏMLİ
AzNews.az