Bu həftədən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddi tətbiq edilməyə başlanılıb. Bunu Mərkəzi Bank kommersiya banklarına tövsiyə edib. Bu həftədən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddi tətbiq edilməyə başlanılıb. Bunu Mərkəzi Bank kommersiya banklarına tövsiyə edib.

Bankların “qara bazar” yaratmaq cəhdləri – Faiz tavanı nəyi dəyişəcək?

Bu həftədən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddi tətbiq edilməyə başlanılıb. Bunu Mərkəzi Bank kommersiya banklarına tövsiyə edib.



Belə ki, istehlak kreditləri üzrə illik faiz dərəcələri 29, mikrokreditlər üzrə illik faiz dərəcələri 25 faizdən yuxarı olmayacaq. Kredit faizlərinin inzibati yol ilə məhdudlaşması liberal iqtisadiyyat prinsiplərinə zidd olsa da razılaşmaq lazımdır ki, bankların bahalı kreditləri ilə yanaşı effektiv və real faizlər ilə müştərilərin çaşdırılmasına və əksər hallarda aldadılmaslna hesablanan süni manevrləri belə müdaxiləni məqbul edirdi. Mərkəzi Bank "faiz tavanını" qərarlaşdırmadığını, sadəcə tövsiyyə etdiyini bəyan edə bilər ki, bu qanunvericiliyə zidd deyil.

"Faiz tavanı" nəyi dəyişəcək?

Mərkəzi Bankın qərarını AzNews.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, məqsəd faizlərin aşağı düşməsinə nail olmaqdır:



"Güman olunur ki, kifayət qədər inzibati xarakter daşıyan sözügedən tövsiyyə bankların faiz siyasətinə korrektlər etməsinə səbəb olacaq. Başqa tərəfdən, bir müddət öncə komisyon haqlarının məhdudlaşdırılması da bankların "yalançı faizlər"lə bağlı manevr imkanlarını məhdudlaşdırıb. Mərkəzi Bankın sektoral mənfəət normasının qorunub saxlanması üçün bankların ucuz kredit resurslarına o cümlədən mərkəzləşdirilmiş kreditlərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki yüksək gəlirə aludə olan bankların "qara bazar" formalaşdırmaq cəhdləri də istisna edilmir. Təbii ki, daha uzun müddətli və stabil faiz endirimləri üçün isə bank sektorunun liberalaşması, xarici kapitala mövcud məhdudiyyətlərin yumşaldılması və eləcə də rəqabətin gücləndirilməsi də vacibdir".

V.Bayramovun sözlərinə görə, bəzi banklar və bank olmayan kredit təşkilatları öz kredit növlərinə dəyişiklik edərək faiz məhdudiyyətindən yayınmağa çalışacaqlar:

"Məhdudiyyətlər istehlak və mikro kreditlərini əhatə etdiyindən bankların orta məbləğli kreditlərini biznes kreditləri kimi rəsmilləşdirərək bu "qadağalardan" qaçmağa çalışacaqları istisna edilmir".

Eyni zamanda, müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq komisyon haqqı hesablamasın və ümumi fazilər 29 faizdən çox olmasın. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var".

Ekspert hesab edir ki, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır:

"Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalacaqlar. Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyini gündəmə gətirdi.Hər halda, son məhdudiyyətlər faizlərə təsir göstərəcək. Prosesin daha hiss edilən faiz azalmaları ilə müşahidə edilməsi də məhz Mərkəzi Bankı yeni qərarlarından və tövsiyələrin monitorinqdən asılı olacaq".

Nigar ETİBAR