Dövlət Gömrük Komitəsi bir müddətdir ki, müzakirə olunan GMO tərkibli malların ölkəyə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib. Dövlət Gömrük Komitəsi bir müddətdir ki, müzakirə olunan GMO tərkibli malların ölkəyə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Gömrük Komitəsindən GMO ərzaqlarla bağlı sensasion ittihamlara - REAKSİYA

Dövlət Gömrük Komitəsi bir müddətdir ki, müzakirə olunan GMO tərkibli malların ölkəyə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib.



Komitənin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasında geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilmiş qanunlardan irəli gələn və gömrük orqanlarına aid edilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmir.

Kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri "GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı" ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.

Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.

Hazırda geni modifikasiya olunmuş məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PCR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov AzNews.az-a açıqlamasında Azərbaycana gətirilən kənd təsərrüfat məhsuları ilə bağlı sensasion məlumatlar vermişdi. Bildirmişdi ki, hər gün istifadə etdiyimiz pomidorların 80, qarpızların 70, kartofların 40, qırmızı bibərlərin isə 98 faizinin geni modifikasiya olunub. Yazını BURADAN oxuya bilərsiniz.

Bundan əlavə Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar Ibrahimov sözügedən məsələ ilə bağlı saytımıza müsahibəsində (yazını BURADAN oxuya bilərsiniz) GMO tərkibli ərzaqların ölkəmizə keçirilməsi məsələsində Dövlət Gömrük Komitəsini və Dövlət Sərhəd Xidmətini günahlandırmışdı.