Füzuli rayonunun 7 və 6 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Füzuli rayonunun 7 və 6 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Daha iki qəsəbəyə mavi yanacaq verildi – Füzulidə (Fotolar)

Füzuli rayonunun 7 və 6 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.


AzNews.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış edib, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qeyd edib ki, prezident cənab İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun əksər yaşayış məntəqələri qazlaşdırılıb, digər kənd və qəsəbələr isə cari ilin avqust ayına kimi qazlaşdırılacaqdır.

Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

Açılış mərasimində bildirilib ki, 7 və 6 №-li Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Qeyd edək ki, 205 abonenti olan 7 №-li Qayıdış və 200 abonenti olan 6 №-li Qayıdış qəsəbələrində birpilləli sistem əsasında uzunluğu 13281 metr olan metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.
image description image description image description image description image description image description image description image description image description