Azərbaycan Teleradio Verilişləri QSC İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı Ağanisə Sultanovanın işdən çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirib. Azərbaycan Teleradio Verilişləri QSC İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı Ağanisə Sultanovanın işdən çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

AzTV işdən çıxardığı əməkdaşla bağlı məlumat yaydı - Müqaviləsi bitib

Azərbaycan Teleradio Verilişləri QSC İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı Ağanisə Sultanovanın işdən çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

QSC-nin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, 2015-ci il iyulun 31-də AzTV-nin bəzi əməkdaşlarının, o cümlədən Ağanisə Sultanovanın əmək müqaviləsinin müddəti başa catır. Buna görə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, onların əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, A.Sultanovanın işdən çıxarılmasına səbəb AzTV-nin sədri Arif Alışanovla aralarında baş verən narazılıq olub

A.Sultanova isə işdən çıxarılmasının tam qanunsuz və qərəzli olduğunu bildirmişdi.