İŞİD “xəlifəsi” Əbubəkr əl-Bağdadi toy hədiyyəsi kimi göndərmək üçün bir qadının başını kəsməyə icazə verib. İŞİD “xəlifəsi” Əbubəkr əl-Bağdadi toy hədiyyəsi kimi göndərmək üçün bir qadının başını kəsməyə icazə verib.

“Xəlifə“ toy hədiyyəsi kimi baş kəsməyə icazə verdi

İŞİD “xəlifəsi” Əbubəkr əl-Bağdadi toy hədiyyəsi kimi göndərmək üçün bir qadının başını kəsməyə icazə verib.



Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu məsələ qadın şəriət məhkəməsinin keçmiş əməkdaşının islamçılara düşmən olan qüvvələrin tərəfinə keçməsindən sonra aktuallaşıb.

Lina adlandırılan həmin qadın "The Daily Mail"ə bildirib ki, qadın şəriət məhkəməsi hakimlərindən birinin əri döyüşlərdə həlak olub. Bundan sonra dul qadın özünə yeni ər tələb edib, toy hədiyyəsi kimi isə bir "kafir"in başının kəsilərək ona verilməsini istəyib.

Lakin "xəlifə" əl-Bağdadi qərara gəlib ki, həmin hakim qadın olduğu üçün onun kişi öldürməyi tələb etmək hüququ yoxdur. Ona görə də "xəlifə" qadına onun casusluqda şübhəli bilinən qadın həmkarlarından birinin başını kəsməyi təklif edib. Haqqında ölüm hökmü çıxarılan qadın isə Linanın keçmiş rəisidir.

İslamçıların əlindən qaçan qadının sözlərinə görə, "xansa" adlanan qadın şəriət məhkəməsində Böyük Britaniyadan azı 5 qadın xidmət edir. Onların bir çoxu milliyyətcə ingilisdir.