Türkiyə mediası "İŞİD əmiri, azərbaycanlı Abdulla Abdullayevin İstanbul məhkəməsinin qərarı ilə həbs olunduğu" barədə xəbər yayandan sonra Türkiyə hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs Azərbaycan vətəndaşı deyil. Türkiyə mediası "İŞİD əmiri, azərbaycanlı Abdulla Abdullayevin İstanbul məhkəməsinin qərarı ilə həbs olunduğu" barədə xəbər yayandan sonra Türkiyə hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs Azərbaycan vətəndaşı deyil.

İŞİD-in azərbaycanlı üzvü həbs olundu- Türkiyədə

Türkiyə mediası "İŞİD əmiri, azərbaycanlı Abdulla Abdullayevin İstanbul məhkəməsinin qərarı ilə həbs olunduğu" barədə xəbər yayandan sonra Türkiyə hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs Azərbaycan vətəndaşı deyil.


"O, Türkiyəyə başqa xarici dövlətin pasportu ilə daxil olub"

AzNews.az xəbər verir ki, bunu Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancana bildirib.

Məlumatlara əsasən, iyulun 24-də İslam Dövləti qrupuna üzv olması ittihamı ilə saxlanılan üç nəfər barəsində İstanbul məhkəməsi tərəfindən həbs qərarı verilib.

"Həmin şəxslərin arasında İŞİD-in İstanbul əmiri olduğu bildirilən Abdulla Abdullayev də var"- Türkiyə mediası xəbər verir.

Daha əvvəl "Azərbaycanlı Abdulla Abdullayev"in həbsi barədə yayılan xəbərlərdə onun vətəndaşlığına aydınlıq gətirilməyib, Ankaradan jurnalist İlhamə Qasımlı bildirib.

Eyni əməliyyatda "İŞİD-in Türkiyə lideri" kimi təqdim olunan "Abi Hanzala" kod adlı Halis Bayuncuk və daha dörd nəfər barəsində də iki gün öncə məhkəmə tərəfindən həbs qərarı verilmişdi, xəbərdə deyilir.

"Hazırda bununla bağlı məlumat verə bilmirik. Gərəkli açıqlamaları daha sonra mətbuat bürosu vasitəsi ilə yayacağıq", İstanbul polisinin terrorla mübarizə şöbəsindən məlumat verilib.

Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İSİD-ə keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.