Bu gün “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Müxtəlif mədəni və dini dünya görüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi” layihəsi çərçivəsində multikulturalizmdən yazan jurnalistlər üçün “Azərbaycan mətbuatında multikulturalizm ənənələri” mövzusunda təlim keçirilib. Bu gün “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Müxtəlif mədəni və dini dünya görüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi” layihəsi çərçivəsində multikulturalizmdən yazan jurnalistlər üçün “Azərbaycan mətbuatında multikulturalizm ənənələri” mövzusunda təlim keçirilib.

“Azərbaycan mətbuatında multikulturalizm ənənələri” mövzusunda - Təlim

Bu gün “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Müxtəlif mədəni və dini dünya görüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi” layihəsi çərçivəsində multikulturalizmdən yazan jurnalistlər üçün “Azərbaycan mətbuatında multikulturalizm ənənələri” mövzusunda təlim keçirilib.


AzNews.az azadinform.az-a istinadən xəbər verir ki, layihənin rəhbəri Niyaz Niftiyev bildirilib ki, tarixin bütün dövrlərində Azərbaycanda milli və dini azlıqlara münasibətdə ölkənin yazılı və elektron kütləvi informasiya vasitələri kifayət qədər dözümlülük nümayiş etdirib: "Hələ XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda rus dilində qəzetlər nəşr edilməyə başladı. Artıq, 1905-1907-ci illərdə Azərbaycanda 70-dən çox qəzet və jurnal rus dilində nəşr edilirdi.

Əlbəttə, bu daha çox ictimai-siyasi formasiya ilə əlaqədar olsa da əlamətdar hadisə idi".

N.Niftiyev əlavə edib ki, hazırda Azərbaycanda yaşayan etnik və dini icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet, jurnal və internet media var:

"Telekanallarda milli və dini azlıqların etnik mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli və dini azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir".

Layihə rəhbəri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri" (V) bölməsində dövlətin, əsasən, hansı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəklədiyi xüsusi qeyd olunur:

"Burada da "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" xüsusi bənd kimi göstərilir. 2009-cu ildən bu günədək ildə iki dəfə (Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramı) jurnalistlər üçün fərdi müsabiqə zamanı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda yüzlərlə məqalə təqdim olunmuşdur. Bu yazılar, eyni zamanda, müəlliflərin çalışdıqları KİV-lərdə işıq üzü görmüş və bilavasitə ictimaiyyət tərəfindən oxunmuşdur".