Bakıda qətl hadisəsi baş verib. Bakıda qətl hadisəsi baş verib.

Bakıda bıçaqlanan iki qardaşdan biri öldü

Bakıda qətl hadisəsi baş verib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Cavanşir İlyas oğlu Cəfərzadə aralarında yaranan münaqişə zəminində 1983-cü il təvəllüdlü Sabit Şəfa oğlu Əsgərlini və onun qardaşı Orxanı bıçaqlayıb.

S. Əsgərli xəstəxanada ölüb. Hadisəni törədən C. Cəfərzadə tutulub.