Oğru dünyasının ən görkəmli liderləri Zaxariy Kalaşov, Rövşən Lənkəranski və Merab Canqveladze günahsız yerə həbsdə olan həmkarları Badri Koquaşvilinin azadlığa çıxması üçün əllərindən gələni edirlər. Oğru dünyasının ən görkəmli liderləri Zaxariy Kalaşov, Rövşən Lənkəranski və Merab Canqveladze günahsız yerə həbsdə olan həmkarları Badri Koquaşvilinin azadlığa çıxması üçün əllərindən gələni edirlər.

Avtoriteti “mavi”nin yanına saldılar - Lənkəranskinin adamına həqarət

Oğru dünyasının ən görkəmli liderləri Zaxariy Kalaşov, Rövşən Lənkəranski və Merab Canqveladze günahsız yerə həbsdə olan həmkarları Badri Koquaşvilinin azadlığa çıxması üçün əllərindən gələni edirlər.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 7 illik həbs cəzasının yarısını çəkən Badri yaxın zamanlarda xəstəliyə görə azadlığa çıxa biləcək.

Əldə olunan məlumata əsasən, Koquaşvilinin azadlığı üçün dostları çox böyük məbləğdə ödəniş etməyə hazırdırlar. Məbləğin bu qədər böyük olmasına səbəb dövlətin bunun üçün ən kəskin mübarizə metodlarına əl atması olub. Bu qeyri-bərabər mübarizədə sonuncu akt adminstrasiyanın "qanuni oğru"nu kamera yoldaşını döyməsi üçün təhrik etməsi olub.

Belə ki, Badrinin azadlığa çıxması üçün vacib mərhələ Krosnayarsk vilayətinin həbsxana xəstxanası olmalı idi. Lakin, Badri xəstəxanaya gələn kimi onun palatasına "aşağı" kateqoriyasından məhkum yerləşdirilib. Qonşusunun cinsi oriyentasıyasını başa düşən "qanuni oğru" ona özünə başqa bir yer tapmağı təklif edib. Lakin, cinsi azlıq da Badriyə eynisini məsləhət görüb. Müşahidə kamerası vasitəsilə qeydə alınan döyülmə görüntüləri cinsi azlığın ifadəsi ilə birgə "qanuni oğru"nun barəsində yeni cinayət işi açılması üçün əsas olub.

Aydan Axundova