Yay fəslində məzuniyyətə çıxan insanları ən çox istirahət edəcəkləri yer və istirahət üçün büdcədən ayıracaqları xərclər düşündürür. Sənət adamlarının arasında keçirdiyimiz sorğunun cavablarından isə belə qənaətə gəlmək olar ki, onları maliyyə deyil, vaxt məsələsi narahat edir. Yay fəslində məzuniyyətə çıxan insanları ən çox istirahət edəcəkləri yer və istirahət üçün büdcədən ayıracaqları xərclər düşündürür. Sənət adamlarının arasında keçirdiyimiz sorğunun cavablarından isə belə qənaətə gəlmək olar ki, onları maliyyə deyil, vaxt məsələsi narahat edir.

“Biləcərini keçib adını “xaricdə istirahət” qoyurlar” – Müğənnilərin yay istirahəti (Sorğu)

Yay fəslində məzuniyyətə çıxan insanları ən çox istirahət edəcəkləri yer və istirahət üçün büdcədən ayıracaqları xərclər düşündürür. Sənət adamlarının arasında keçirdiyimiz sorğunun cavablarından isə belə qənaətə gəlmək olar ki, onları maliyyə deyil, vaxt məsələsi narahat edir.


AzNews.az-ın suallarını cavablandıran müğənnilər istirahət üçün ən gözəl məkanın Azərbaycan olduğunu deyiblərt.


Müğənni Röya avqust ayında iki böyük konsert layihəsinin olduğunu deyib: "Hazırda həmin konsertlə bağlı məşq prosesindəyik. Konsert, yaradıcılıq olan yerdə istirahət yada düşməz. Hazırda Bakıdayam. Mənim istirahətim səhnə, gözəl musiqilər və tamaşaçılarımdır".


Əməkdar artist Lalə Məmmədova istirahətini xaricdə keçirib: "Xaricdəydim. İstirahət üçün getmişdim. Amma bundan sonra bağ evimdə ailəmlə olacağam. Avqust ayında yenidən səfərim ola bilər".


Müğənni Nadir Qafarzadə isə istirahətə vaxtının olmadığını bildirib: "Bütün yayı işləyəcəyəm. Yaradıcılıq planlarım başımdan aşır. Müğənni nədir, istirahət nədir? İstirahət mənim üçün səhnədir".


Müğənni Xatirə İslam isə istirahətdən yenicə gəldiyini deyib: "Xaricdəydim. Amma yenə də dincəlirəm. Bu dəfə isə Azərbaycandayam. Avqustda yenə də xarici ölkələrə getmək planlarım var".


Müğənni Ayan Babakişiyeva istirahət üçün Misirə gedəcək: "Avqustda bir neçə sənət yoldaşımızla dincəlmək üçün Misirə gedirik. İlk olaraq, Gürcüstana, oradan isə birbaşa Misirə gedəcəyik. Haradasa 10 gün qalacağıq. Sonra yenə Bakıya qayıdacağıq. İstirahətlərimiz çox olub. Elə rayonların özünə də tez-tez gedirik. Düzü, havalar isti olduğundan qızımı xaricə aparmaq istəmirəm. Özünü narahat hiss edir. Ona görə də qızımla istirahətə payız aylarında üstünlük verirəm".


Xalq artisti, muğam ifaçısı Aygün Bayramova hazırda bağ evində dincəlir: "Bu yay bir neçə rayonda olmuşam. Yəqin ki, bundan sonra hələ bir neçə rayonda olacağam. Azərbaycanın gəzməli, görməli yerləri çoxdur. Heyif ki, biz sənət adamlarının buna vaxtı olmur. Bu yay xaricə getmək fikrim olmayıb. Avropa Oyunlarından sonra xaric Bakıya gəlir".


Xalq artisti Gülyaz Məmmədova avqust ayında Şəkidə, Şamaxıda və Azərbaycanın bir neçə bölgəsində olacaq: "Ən gözəl istirahət elə vətəndir. Amma bir həftəlik də Türkiyə səfərim var. İstanbulda dincəlmək istəyirəm. Bacım Gülyanaq Məmmədova məndən əvvəl getdi. 20 gün İstanbulda dincəldi. Amma mən o qədər vaxt qala bilmərəm, darıxaram. Azərbaycandan kənarda qala bilmirəm".


Əməkdar artist Cavan Zeynallı Türkiyədə istirahət edəcək: "Mən artıq istirahətdəyəm. Həyat yoldaşımla bir neçə gündən sonra gedirik. 20 gün Türkiyədə olacağıq. Orada bir neçə şəhərə və adalara səfər edəcəyik. Əməli-başlı dincəlib, bu yayın kefini çıxaracağıq".


Əməkdar artist Baloğlan Əşrəfov istirahətini Massalı, Astara, Lənkəran, Yardımlı zonasında keçirəcək: "Bu dəqiqə insanların ən çox üz tutduğu yer elə cənub zonasıdır. Anam da elə orada yaşayır. Ramazan bütün sənət adamlarının istirahət ayıdır. İndi də toylar başlayıb. Axşamlar toyda, gündüzlər də istirahətdə. Hansı müğənnilər ki, dincəlmək üçün xaricə getdiklərini elan edirlər, yalan deyirlər, onlar Biləcəridən o yanda gizlənirlər. Adını da qoyurlar ki, "biz xaricdə olmuşuq".

İndi bu dəqiqə dünyanın bütün zəngin insanları dincəlmək üçün Bakıya gəlirlər. Mən əzəldən belə şeyləri sevmirəm. Azərbaycan və onu gözəl gəzməli-görməli yerləri var. Mən də istirahətimi Azərbaycanda edirəm".

Bahar RÜSTƏMLİ
AzNews.az