Təxminən yarım əsrə yaxındır ki, Türkiyənin tarixinə qanlı hərflərlə PKK yazılıb. Təxminən yarım əsrə yaxındır ki, Türkiyənin tarixinə qanlı hərflərlə PKK yazılıb.

PKK - Yaranma səbəbləri, fəaliyyəti, dəstəkçiləri - ŞOK FAKTLAR

Təxminən yarım əsrə yaxındır ki, Türkiyənin tarixinə qanlı hərflərlə PKK yazılıb.


Lakin qardaş ölkənin özündə belə bu təşkilata qarşı münasibət birmənalı deyil. Elə son seçkilərdə qardaşı PKK sıralarında döyüşən Səlahəddin Dəmirdaşın həmsədri olduğu Xalqların Demokratik Partiyasının son hökumət seçkilərində lazımı səsi toplaması, buna əyani sübutdur. Onu da qeyd edim ki, bu partiya yalnız kürdlərin yaşadığı Anadoluda yox, İstanbulun mərkəzində, "ağ türk"lərin məskəni Nişan Daşından da kifayət qədər səs ala bildi. Sual meydana şıxır, əgər bu təşkilat deyildiyi kimi Türkiyədə terror aktları törədir, qanlar tökürsə, onun lideri illərdir "əli qanlı qatil", "uşaq qatili" damğasıyla həbsdə yatırsa, bəs o təşkilatı bir dəfə də olsun terrorçu adlandırmayan bir partiyaya vətəndaşlar niyə səs verir, nə üçün onları dəstəkləyib hökumətin tərkibində olmasını istəyir?.

Bu yazıda PKK-nın yaranması və onun fəaliyyəti istiqamətləri haqqında ətraflı məlumat əldə edəcəksiniz.

AzNews.az AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevlə söhbəti təqdim edir.



"Kürdüstan azadlıq mübarizəsinin ürəyi Diyarbakırda, Diyarbakırın ürəyi də zindanda atmaqdadır"

- Zaur müəllim, PKK kimlər tərəfindən yaradıldı və bu təşkilatın yaradılmasında əsas məqsəd nə idi?

- 1974-cü ildə Anlara Yüksək Təhsil Dərnəyi (AYÖD) adlı gənclik təşkilatı içərisində fəaliyyət göstərən Abdullah Öcalan, Kəsrə İldırım (Öcalan), Haqqı Karaer, Cəmil Bayık, Kamal Pir adlı şəxslər Ankaranın Tuzluçayır səmtində etdikləri bir yığıncaqla təşkilatın ilk təməllərini atıblar. Təşkilat ilk fəaliyyətlərini Cənub-şərq ellərində başladıb. Diyarbakır, Şanlıurfa, Qaziantep ilk fəaliyyət sahəsi olaraq bu şəhərlərin təyin olunmasının altında yatan səbəblər vardır. Qaziantepdə sənayenin inkişafıyla birlikdə bu şəhərə yoxsul işçi sinfinin sıx köçü, Diyarbakırda keçmişdə yaşanmış olan bir üsyan hərəkətləri, Şanlı Urfada isə feodal quruluşun davam edir olması təşkilatı bu şəhərlərə yönəldib. 27 Noyabr 1978ci il tarixində təşkilat üzvləri tərəfindən Diyarbakırda edilən yığıncaqla KADEK (Kürdüstan İşçi Partiyası, Partiyaya Karkaren Kürdüstan) elan edilib. 1980-cı ildə Türkiyədə başlanan həbslərlə bağlı olaraq Diyarbakır Həbsxanasında PKK-nın say tərkibib çoxalmasına zəmin yarandı. PKK mərkəz komitəsi üzvü Kamal Pirin –"Kürdüstan azadlıq mübarizəsinin ürəyi Diyarbakırda Diyarbakırın ürəyi də zindanda atmaqdadır".- ifadəsi PKK-rın sıx olaraq olduğu həbsxanaların bir təhsil mərkəzi halına gətirilmiş olduğunu göstərməkdədir.

PKK terror təşkilatını yarananda quruluşu belə idi: Rəhbərlik və onun nəzarət şurasının mərkəz komitəsi, mərkəz intizam təşkilatı, bölgə komitələri, yerli komitələr. PKK terror təşkilatının Ümumi Başçısı Abdullah Öcalan idi. Təşkilat hərəkətləri tamamilə ümumi başçı tərəfindən icra edilməkdədir. Öcalanın həbs olunmasıyla birlikdə yeni bir ümumi başçı təyin olunmayıbdır. Bu Öcalanın təşkilat üzərindəki tək liderliyini göstərməkdədir. İlk məqsədləri Şərq və Cənub-şərq Anadolu bölgələrini içinə götürəcək şəkildə müstəqil bir Kürdüstan Dövləti qurmaqdır. Bunun üçün Birləşmiş Millətlərin" self determination" hüququndan yararlanmaqdır. "Self determination" azlıqlara tanınan bir haqq deyil, müstəmləkələrə verilən bir haqqdır. Bu səbəblə Kürdlər Türklərdən fərqli olduqlarını azlıq olmadıqlarını isbat etməyə çalışmaqdadırlar. Bütün dünyaya özlərini müstəqil bir dövləti idarə edə biləcək gücdə olduqlarını göstərməyə çalışdılar. Lakin bu məqsədlə hərəkət edərkən şiddətə çox-çox baş vurdular və insan haqqlarını pozmaqda davam edirlər.

"Kürdlər bütün dünyaya özlərinin müstəqil bir dövləti idarə edə biləcək gücdə olduqlarını göstərməyə çalışdılar. Lakin..."



- Bu dərəcədə təhlükəli bir təşkilat necə oldu ki, sadə vətəndaşdan, dinc əhalidən dəstək ala bildi ?

Təşkilat ilk illərdə gənclərin sosial problemləri və yoxsul həyat tərzlərindən məharətlə istifadə edərək onlara var dövlət və yaxşı həyat söz verərərək şiddətə qarşı şiddət psixologiyasından yararlanıblar. PKKin qurmaq istədiyi "Kürdüstan"-na daxil olan Türkiyə üçün, geosiyasət mövqe və yeraltı zənginliyi baxımından mahiyyət daşıyan bölgələrdir. Bu ərazilərə isə nəzarət edilməsi böyük güclərin illərlə arzusunda olduğu iqtisadi bir zonadır. Əslində isə "Kürdüstan" ideyasını ortaya atan böyük güclərin məqsədlərinə daxildir:
- Türkiyənu strateji, iqtisadi və hərbi baxımdan gücsüz etmək.
- Yerli və regional qarşıdurmalarla, dövlətin xalqına münasibətdə təxribatçı və faşist olaraq göstərməyə çalışmaq.
- Türk vətəndaşlarını teror qorxusunda saxlamaq
- Azsaylı xalqlara qarşı guya dövlət səviyyəsində mənfi münasibətin olmasını beynəlxalq aləmdə qaldırmaq və ölkənin etibarını zədələmək.
- Yapdığı hərəkətlər nəticəsində, xalq arasında ayrı-seçkilikçilik hissini oyandıraraq, kürd-Türk cəbhələşməsini təmin etmək və sairə.


"ABŞ, İsrail, İran, keçmiş SSR-i, indiki Rusiya PKK-nın fəaliyyətini dəstəkləyir"



- Təşkilatın yaradılmasında və fəaliyyətində bu gün hansı böyük dövlətlər maraqlıdırlar?

- PKK-nın yaradılmasında başda duran maraqlı dövlətlərdən biri ABŞ-dır. Politoloq Niyaz Qaraöynəli haqlı olaraq hesab edir ki, rəsmi Vaşinqtonun kürd amilindən istifadə etmə planlarının tarixi son dövrlərlə məhdudlaşmır. Bu kartdan adətən keçmiş SSRİ Yaxın Şərq regionunda, xüsusilə Şərq blokuna loyal olmayan ölkələrdə fəal şəkildə istifadə edib, kürd qruplaşmalarının ideoloji baxımdan sol plaftorma əsasında təşkilatlanması istiqamətində məqsədyönlü işlər görüb. Bu özünü həm Türkiyə ərazisində PKK-nın formalaşdırılması və yönləndirilməsi, həm də İraqın şimalında 1961-ci ilin sentyabrında Məsud Barzaninin atası Mustafanın rəhbərliyi altında başlanan silahlı hərəkatın dəstəklənməsində göstərib. Kürd faktoruna müraciət ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiq saydığı İsrailin maraqlarının təmin olunması baxımından əhəmiyyət daşıyıb. İsraillə müharibə vəziyyətində olan Suriyada, İraqda, eləcə də İranda kürdlərin varlığı ortaq düşmənə qarşı müttəfiqlik ilişkilərinin qurulması istiqamətində "şəbəkə yaratma" işlərinin aparılmasını şərtləndirib. Türk mətbuatının son dövrlərdə açıqladığı bir məlumata görə, hələ Ədalət Partiyası iqtidarı dövründə ABŞ Türkiyə rəhbərliyinə qonşu dövlətlərdə kürdlərin yaşadığı ərazilər də daxil olmaqla Türkiyə tərkibində bir federasiya yaratmağı təklif edib. Lakin Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl belə bir planın olmadığını vurğulayır.

İkinci maraqlı dövlət İsraildir ki, hələ 1970-ci illərdə İranın o zamankı şah rejimi ilə birlikdə kürdlərin "Parastin" kəşfiyyat agentliyinin yaradılmasında fəal iştirak edib. İsrailin İraq kürdləri ilə əlaqələrinin yaradılmasında yəhudi kürdlər amilinin də təsiri olduğu və fəal şəkildə bu faktdan istifadə edildiyi nəzərə çarpır. Belə ki, Böyük Yəhudi Ensiklopediyasına görə, İraqın şimalındakı kürdlər hələ 20-ci əsrin əvvəllərindən Fələstin ərazilərinə köç etməyə başlayıblar. Həmin dövrdən yəhudi kürdlər Qüdsdə Mahane-Yehuda bazarı rayonunda məskunlaşıb, sonralar Alroi yaşayış məskənini salıblar. Yəhudi kürdlərin hələ 17-ci əsrdəki kabbalaçı ravvinləri arasında Şmuel Ben Netanel ha-Levi Barazani (1560-1630) adlı şəxsin adı çəkilir. Bu şəxsin hazırda İraqın şimalındakı kürd administrasiyasının rəhbəri Məsud Barzaninin ulu babalarından olduğu bildirilir. Bu fikri türk tarixçisi Cezmi Yurtsever və semitoloq Mehmet Erkoçak da dəstəkləyirlər. Barzani ailəsinin 1970-ci illərdən ABŞ ilə yaxınlaşmağa başladığı qeyd edilir.

Üçüncü maraqlı dövlət SSRİ idi. O dövrdə və xüsusilə son illərdə SSRİ-nin bir nömrəli problemi Türkiyəni zəiflətmək idi. Türkiyə SSRİ-ni eşitmirdi, Qərblə yaxınlaşıbdı. Türkiyə NATO-ya üzv oldu və bu SSRİyə zərbə oldu. İncirlikdə ABŞ silahlarının yerləşməsindən sonra başlanan Karib böhranı sakitliklə yola veriləndən sonra, soyuq müharibə illərində SSRİ Kürd Fəhlə Partiyasını (PKK) yaratdı. PKK-nın əsas məqsədi Türkiyəni parçalamaq idi. Ayrı-ayrı marksist şüarlar indi də var. Kreml üçün idi o. Məqsəd təkcə müstəqil Kürdüstün yox, sosialist Kürdüstanı yaratmaq idi. Kürd Fəhlə Partiyası SSRİ-nin partiyası oldu. Türk kommunistləriylə yaxınlaşdılar. Türk kommunistlər də razılaşdılar bunlarla – təki hakimiyyətə gəlsinlər. Lakin SSRİ dağılandan sonra PKK daha amansız terora əl atdı. Lakin Rusiya onlara sahib çıxdı və 1995-ci ildə Moskvada kürdlərin qurultayı və 1998-ci il noyabrın 4-də isə Rusiya Duması PKK terror təşkilatının başçısına siyasi sığınacaq verilməsi haqda qətnamə qəbul etməsi PKKnın himayadarları arasında kimlərin olmasını göstərir.

Və daha bir region dövləti İranı utunmaq lazım deyil. İranın kürdlərlə əlaqələrinin xarakteri də Yaxın Şərq regionunda cərəyan edən proseslərin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. İraqda Səddam Hüseyn rejiminin mövcud olduğu dövrdə rəsmi Tehranın da İraqın şimalındakı kürd qruplaşmaları ilə əməkdaşlığına dair faktlar məlum idi. Xüsusilə İraq Kürdüstan Vətənpərvərlər İttifaqı ilə yaxın münasibətlər olub. C.Tələbaninin İraq prezidenti kürsüsünə oturduqdan sonra xaricə ilk səfərini Tehrana etməsi də təsadüfi deyil. Bu bir tərəfdən İranla ənənəvi əlaqələrdən İraqda dövlət quruluşunun yeni formatı üçün faydalı istiqamətdə istifadə etmək, digər tərəfdən kürdlərin Qərblə Tehran arasında balansa nail olmaqla öz istəklərini gerçəkləşdimək istəyi ilə izah oluna bilər. İran rejiminin Barzanilərlə əlaqələri əməkdaşlıq müstəvisinə yüksəlməkdədir. Bu əlaqələr hazırkı mərhələdə Barzaninin İraqın şimalında faktiki söz sahibi olmaq, bu regionda əl-qolunun bağlanmaması üçün manevr imkanlarını məhdudlaşdırmamaq planları ilə bağlıdır. PKK ehtiyac olanda silah və sursatın bir qismini bu ölkədən alır. Uzun zaman ərzində Türkiyə ilə sərhədə yaxın yerlərdə toplaşan yaraqlılar İran ərazisindən bu ölkənin ərazisinə keçərək təhlükəsizlik qüvvələrinə və bölgə əhalisinə qarşı terror aktları həyata keçirib geri qayıdıblar. Bu barədə məlumat Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilən təşkilat üzvlərindən öyrənilib.

Biz Yunanıstanın PKK ilə daimi işbiriliyinə də mütləq toxunmalıyıq. 1964-cü ildə Yunanıstanın Selanik şəhərində Türkiyə dövləti tərəfindən fəaliyyətləri qeyri-leqal elan edilmiş kommunist TKP,TİP,TSİP,TKPP,VAP,SVP,KİP təşkilatlarının iştirak etdiyi bir konfrans keçirilibdir. Konfransda PKK-çılarla ermənilərin ideoloji fikir ayrılıqları dondurularaq birgə federal dövlət yaratmaq haqqının tanınması və sosialist Türkiyə Federal Cümhuriyyətini qurmaq üçün Türkiyədə hakimiyyətdə olan rejimin məhv edilməsi qərara alınıbdır. 1986-cı il may ayında Afinada çıxan "Elettherotipa" qəzeti yazırdı ki, Yunanıstanda yayımlanacaq kürdüstanın sesi radiosu üçün yardım kampanyası başlayır. Əvvəllər deyildiyi kimi kürd Demokrat Partiyası ilə əlaqə qurmaq istəyən yunan xüsusi xidmət təşkilatı-HİS uğursuzluğa düçar olduqdan sonra PKK ilə Türkiyəyə qarşı mübarizədə birləşmək arzusunda idi və bu arzu 1988 ci ildə reallaşdı.1988ci ilin fevralın 5-də PKK-nın HİS ilə əlaqəyə girmək üçün göndərdiyi əməkdaşı-İhsan Kaya Afinaya gəldi və PKK lideri A.Öcalanın istədiklərini (Türkiyəyə qarşı mübarizədə əməkdaşlıq etmək,silah,pul) açıqladı. İ.Kayanın HİS tərəfindən qəbul edilməsi ilə HİS-PKK işbirliyi reallaşdı.İşbirliyinin nəticəsi kimi Livanın Beka vadisində A.Öcalanla görüşən HİS əməkdaşları Yunanıstanın PKK-ya köməyini Cənubi Kipr,Suriya və Livan ilə çatdırılacağını bildirmişdilər. Ümumiyyətlə Yunanıstanın PKK-ya etdiyi yardım tək yuxarıda göstərilənlərlə məhdudlaşmır.Demokratik yolla inkişaf edən Türkiyəni özləri üçün təhlükə hesab edən dövlətlər ilk növbədə yunanıstan PKK-ya etdiyi köməklə nəinki Türkiyəni zəiflədə bilmədi əksinə hətta beynəlxalq aləmdə beynəlxalq terrorizmə kömək edən dövlət imici qazanmaq təhlükəsində qaldı.

"PKK və erməni ASALA terror təşkilatları birgə fəaliyyət haqqında bəyannamə qəbul ediblər"



- Ermənistanın da bu təşkilatla adı hallanır. Əslində bu heç də təəccüblü deyil. Dəfələrlə ölkəmizə qarşı terror aktları həyata keçirən üzdəniraq qonşumuzun PKK ilə hansı əlaqələri var?

- Düzdür hazırda PKK-ya dəstək verən ölkələr çox olsa da, onlar içərisində müasir Ermənistanı və erməni terorizmi, diasporu və lobbisini xüsusi qeyd etmək lazımdır. Erməni terror təşkilatları, xarici dünyanın reaksiyaları üzərinə 1980-cı illərdə taktika dəyişdirərək, PKK terror təşkilatı ilə əməkdaşlığına getmişlər. 1984-cü ildə cərəyan edən Eruh və Şəmdinli basqınlarıyla PKK səhnəyə itələnilmiş və ASALA-Erməni terroru geri plana çəkilmişdir. Ermənilər ilə PKK arasındakı əlaqəni ortaya qoyan bəzi konkret nümunələr bunlardır:
Terror təşkilatı PKK, 21-28 Aprel 1980-cı il tarixini "Qırmızı Həftə" olaraq elan etib və 24 Aprel tarixini sözdə Ermənilərin qətl edilmə günü olaraq xatırlayaraq və yığıncaqlar etməyə başlayıbdır.
8 Aprel 1980-cı il tarixində Livanın Sidon şəhərində PKK və ASALA terror təşkilatları ortaq mətbuat konfransı təşkil ediblər və yığıncaq nəticəsində birgə fəaliyyət haqqında bəyannamə qəbul edilib.

Terrorist Abdullah Öcalan, Erməni Yazarlar Birliyi tərəfindən "Böyük Ermənistan xəyali fikirinə olan qatqılarından ötəri" qürur üzvlüyünə seçilibdir. Erməni Xalq Hərəkətinin bünyəsində, bir çox Avropa ölkəsində olduğu kimi bir Kürdüstan Komitəsi yaradılıbdır. 4 İyun 1993 tarixində; Erməni Hınçak Partiyası, ASALA və PKK terror təşkilatı mənsublarının iştirakıyla Qərb Beyrutda olan PKK terror təşkilatı mərkəzində bir yığıncaq keçiriblər. 1987-ci ildə terror təşkilatı PKK ilə ermənilər arasında bir müqavilə bağlanıbdır. Söz mövzusu razılaşmanın bəndləri bunlardır: Ermənilər PKK terror təşkilatı içində təhsil fəaliyyətlərində olacaqlar, PKK terror təşkilatına hər il üçün adam başına 5.000 ABŞ Dolları ödənəcək və ermənilər PKKnın teror aksiyalarında iştirak edəcəklər.
1993-ci ildən sonra , "B-7", "Rpq-7" tipli raketatıcılar, "Kanas", "Kalaşnikov", "Biksi" tipli avtomat tüfənglər, əl bombaları və minalar Ermənistandan İraqın şimalıqdakı PKK düşərgələrinə ötürülüb. Həmin silahların az bir qismi Çin və Macarıstan istehsalıdır. Bəzi hərbi silah-sursatın isə Amerika istehsalıdır.
Türkiyə Milli İstihbarat Təşkilatından (MİT) verilən məlumata görə, PKK 1987-ci ildə Ermənistanın o vaxtıkı Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq protokolu imzalayıb. "Ermənistan və İraq kürdləri arasında mədəni-sosial əlaqələrin inkişafı haqqında" adlanan həmin sənəd əsasında İrəvan İraqın şimalındakı PKK düşərgə və bazalarına Suriya vasitəsilə sadəcə, 1992-ci ilin iyunun 12-dən 1993-cü ilin dekabrın 2-dək təxminən $320 min məbləğində geyim, ərzaq, texnika, silah, radiotexniki avadanlıq, dərman preparatları yollayıb. PKK terrorçularından ibarət və hər birində 24 nəfər olan 4 qrup isə həmin müddət ərzində Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin Gümrü, Sisyan və Gekarkunik rayonlarındakı hazırlıq mərkəzlərində terror-diversiya təlimi keçiblər.
Həmin sənəd əsasında daha sonralar, 1992-ci ildə PKK terrorçuları Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmağa qərar verdi. Məşsədini reallaşdırmaş üçün PKK-nın 400-ə yaxın terrorçusu Türkiyə-Ermənistan sərhədinin yaxınlığındakı bölgədəki dağlıq ərazidə yerləşdi.
Türkiyənin Ağrı və Qars vilayətlərində PKK terrorçunun bəhs olunan dönəmlərdə, yəni 1992-1995-ci illərdə xeyli fəallaşması da bu baxımdan təsadüfi deyildi.
İraqın şimalında mehmetciyin zərbələrindən ağır yaralar alan PKK-nın rəhbərləri və üst qatındakı idarəçilərinin təkrarən Ermənistana keçməyə hazırlaşması barədə xəbər alan Türkiyə MİT-i bu barədə dərhal baş nazirə məruzə edir.
Türkiyənin baş naziri də ABŞ və İraq rəhbərliyi ilə əlaqə saxlayaraq, həmin dövlətlərə PKK-nın dəstə başçılarından ibarət 153 nəfərlik siyahını təqdim edir.
Ermənistana keçmək üçün Türkiyə və İran ərazisindən istifadə edən PKK terrorçularının hərəkətlərinin qarşısını tam almaq mümkün olmur. Bununla yanaşı, PKK-nın İrandakı törəməsi və bir qolu olan PЖAK-ın mənsubları da Ermənistana keçirlər.
1992-ci ilin may-iyun aylarında İrandan Ermənistana keçən 40 terrorçu Dağlıq Qarabağa yönəlir, burada Ağdərə və Ağdam istiqamətlərində Azərbaycana qarşı vuruşur, dinc əhaliyə qarşı xüsusi vəhşilik və amansızlıqları ilə seçilirlər.

Bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov apardığı araşdırmalar ilə bağlı hazırladıqları hesabatın təqdimatında bildirib:
"Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib. Bununla da, ermənilər PKK terror təşkilatının dəstəyini qazanıb. "1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və Dünya Erməni Terror Təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan Dağlıq Qarabağa gətirilən kürd könüllülərindən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü.
Qarabağ müharibəsi dövründə ermənilərin tərəfində döyüşən kürd terrorçularının fəaliyyətindən razı qalan Ermənistan hökuməti, yeni kürd döyüşçü dəstələrinin Dağlıq Qarabağa cəlb edilməsinə başladı. ABŞ-ın İraqı işğal etməsindən sonra isə bu iş daha da sürətləndi".

İsrailin nüfuzlu "Yerusalem Post" qəzeti İsrailin xüsusi xidmət orqanlarına istinadən bildirib ki, kürdlərin PKK terror təşkilatı artıq Ermənistanla yanaşı, erməni işğalında olan Dağlıq Qarabağ ərazisi, habelə Füzuli və Laçın rayonlarına öz yaraqlılarını yollayaraq orada düşərgələr yaratmağa başlayıb. "PKK üzvlərinə Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi və polisinin əməkdaşları himayədarlıq edir. Onlar Ermənistanda çox rahat dolaşır, fəaliyyət göstərirlər. Türkiyədən Ermənistana keçmiş kürd terrorçularının maliyyə qaynağı isə İrəvandakı kürd icmasının ödədiyi vəsait, habelə Ermənistandakı bəzi qüvvələrin verdiyi pullardır". Bu barədə - İsrailin xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan "DEBKA File" qəzeti bildirib.

Ermənistan bir tərəfdən Dağlıq Qarabağda bir Kürd meydana gəlməsi içərisinə girərkən digər tərəfdən də illərdir Suriyanın etdiyi "PKK-ya himayəçilik vəzifəsini" üstlənmək arzusundadır. PKK-nın Şimali İraqdakı digər Kürd qruplar tərəfindən sıxışdırılması, İran və Suriyanın da Türkiyə və ABŞ-ın təzyiqiylə PKK-ya bölgədə verdiyi dəstəyini çəkmə meylində olması və Türkiyənin bölgədə PKK-ya istiqamətli müvəffəqiyyətli sərhəd sonrası hərakatları PKK-yı yeni bir "məskunlaşma" sahəsini axtarışına istiqamətləndirdi. 1992dən bəri Ermənistan və Dağlıq Qarabağda fəaliyyətdə olan PKK üçün Ermənistan və Dağlıq Qarabağ yeni "məskunlaşma" və "düşərgə" yeri olaraq seçildi.
Dağlıq Qarabağ həm Türkiyənin dirək təmas xətti xaricində olması, Ermənistanın asanlıqla kömək göstərə biləcəyi bir sahədə olması, bölgənin beynəlxalq statusunun daha tam olaraq təyin oluna bilməməsi və Rusiyanın Gürcüstanda çıxardığı əsgəri birlik və silahlarını Ermənsitan və Dağlıq Qarabağa yerləşdirməsiylə birlikdə PKK-nın daha asan silah və sursat təmin edə biləcək olması, digər tərəfdən də bölgənin coğrafi olaraq PKK üçün təbii bir düşərgə sahəsi olması baxımından Dağlıq Qarabağ bölgəsi seçilib.
1996-cı ildə Rusiya Federasiyasının Yaroslav şəhərində toplanan Kürd Hәrәkatının 3. Qurultayında Kürd Hәrәkatının əhəmiyyətli liderlərindən biri olan, BDT və Şərq Avropa məsulu Mahirə Uşağa Azərbaycan ərazisi içərisində "Qırmızı Kürdüstan"ın mütləq qurulması lazım olduğunu israrla vurğulamışdır. Yenə eyni şəxs tərəfindən ortaq problemlərdə və ortaq düşmənə qarşı Kürdlərin Ermənistan ilə müttəfiq olduqları vurğulanıb.

Qeyd - Dağlıq Qarabağdakı separatçı rejim və terrorçu PKK təşkilatı arasındakı əlaqələr barədə Azərbaycanın rəsmi mövqeyinə gəldikdə isə, ölkə XİN-i bununla bağlı konkret bəyanatlar verib:
"Bu məlumatlar çox ciddi qəbul edilməlidir, çünki burada 3 əsas amil var. Birincisi ondan ibarətdir ki, PKK terrorçuları məhz Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilir. Azərbaycan bu gün obyektiv faktlara görə həmin ərazilərə nəzarət edə bilmir. İkincisi, həmin ərazilər hal-hazırda terrorçuluqda böyük təcrübəsi olan Ermənistan tərəfindən nəzarət altındadır. Üçüncüsü, təbii ki, bu gün PKK bir terrorçu təşkilat kimi çox fəaldır. Onların həm fəaliyyəti, həm də bəyanatları buna birbaşa olaraq dəlalət edir. Ona görə bu 3 amil onu göstərir ki, bu təhlükə çox ciddidir və ona görə də yalnız Azərbaycan deyil, ümumiyyətlə region dövlətləri və beynəlxalq təşkilatlar da buna müvafiq olaraq ciddi reaksiya verməlidirlər. Azərbaycan da özü təhlükələrə qarşı mübarizə aparmağa qadirdir, eyni zamanda müvafiq dövlətlərlə də siyasi çərçivədə əməkdaşlığı davam etdirir", - XİN açıqlamalarında vurğulanıb.



Ardı var...
Növbəti yazıda:
PKK-nın Xocalıda rolu
PKK-nın Qarabağda bazaları
Abdulla Öcalan əslində kimdir?
Çin və PKK Türk birliyinə qarşı

Vüsal QARAYEV
AzNews.az