Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb. Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb.

Daha bir meşə yanğını - Siqaret kötüyündən

Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AzNews.az-a verilən məlumata görə, saat 14.00-dan başlayan yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hazırda ərazidə yanğının söndürülməsi üçün işlər aparılır.

İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub. Yanğının baş verdiyi sahə dağlıq ərazidir.