Dünən Moskvada Rusiya DİN Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən axtarışda olan “qanuni oğru” Şalva Çxenkeli (Şalva Xonski) saxlanılıb. Dünən Moskvada Rusiya DİN Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən axtarışda olan “qanuni oğru” Şalva Çxenkeli (Şalva Xonski) saxlanılıb.

Dəhşətli cinayət törədən “qanuni oğru” tutuldu - VİDEO

Dünən Moskvada Rusiya DİN Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən axtarışda olan “qanuni oğru” Şalva Çxenkeli (Şalva Xonski) saxlanılıb.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 50 yaşlı "qanuni oğru" bu müddət ərzində bağ evində gizlənib.

Əldə olunan məlumatlara görə, Şalva "qanuni oğru" İqor Qlaznev ( Vova Piterski) ilə birgə törətdiyi cinayətə görə axtarışda olub. Vova 2012-ci ildə törətdiyi cinayət əməlinə görə 12 il müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, istintaqın verdiyi məlumata görə, Qlaznev və Çxenkeli Moskvanın cənub-şərqində santexnika dükanının sahibinin baş dərisini soyublar. "Qanuni oğru"lar dükan sahibindən mülkiyyət hüququnu onlara verməyi tələb ediblər. Nəticədə sahibkar aldığı zədələrdən və ağrının şokundan ölüb.

Çxenkelinin sözlərinə görə, o bu vaxt ərzində Ukraynada olub. Rusiyaya bir müddət öncə qayıdıb. Onun axtarışda olduğu ölkəyə qayıtmasına səbəb isə DİN-də bəzi məmurlardan cinayət işinin bağlanması barədə məlumat alması olub.



Aydan Axundova