Avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.

“Kino xadimlərinə mükafatlar paylanacaq“ - Şəfiqə Məmmədova

Avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.


Xalq artisti, Azərbaycan Kinomotoqrafçılar Birliyinin rəhbəri Şəfiqə Məmmədova AzNews.az-a açıqlamasında bildirib ki, kino işçilərini öz peşə bayramları ilə əlaqədar mükafatlar gözləyir:
"Bu gün aşxam Milli Kino Günü qeyd olunacaq. Tədbir "Nizami" kinoteatrında saat 6-da baş tutacaq. Tədbirə çoxlu qonaqlar dəvət olunub. Bundan başqa ilin ən çox sevilən sənət adamlarına mükafatlar nəzərdə tutulub".

Ş.Məmmədova onu da qeyd edib ki, Kino Günü ilə bağlı hazırlanan tədbirdə yeni filmin nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.